12px13px15px17px
Tarix:03/12/14

“IBM” nəhəng Niderland bankının İT tərəfdaşı olub

Dekabrın 1-də ABŞ-ın dünyanın iri kompüter aparat və proqram təminatı istehsalçısı və tədarükçüsü “IBM” şirkəti Niderlandın “ABN Amro” bankı ilə uzunmüddətli İT sazişi imzaladığını açıqlayıb.
 
Bir neçə milyard dollar dəyərində qiymətləndirilən saziş çərçivəsində şirkət tərəfdaşa yüksək məhsuldarlıqlı kompüterlərin, serverlərin, məlumat saxlancı sistemləri və istifadəçi həllərinin idarə edilməsi üzrə kompleks xidmətlər göstərəcək, eləcə də müxtəlif növ texniki xidmətlərlə kömək edəcək. Saziş 10 il müddət üçün nəzərdə tutulub.  
 
“IBM” ilə əməkdaşlıq “ABN Amro”da geniş korporativ transformasiyanın tərkib hissəsi olacaq. Burada məqsəd bankın əməliyyat işinin təkmilləşdirilməsinə diqqətin yönəldilməsi ilə rentabelliyin artırılmasıdır.
 
2014-cü ilin noyabrında Niderland bankı filial şəbəkəsində işçi heyətinin və mobil qurğu istifadəçiləri tərəfindən və kompüterlərlə internet vasitəsilə həyata keçirilən maliyyə əməliyyatlarına artan tələbat fonunda onlayn bankçılıq servislərinin yaxşılaşdırılmasına investisiyaların azaldılmasını elan edib, - "DailyComm” yazır.  
 



Baxış sayı: 606

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024