12px13px15px17px
Tarix:03/12/14

“Avropol” saxta mal satan 292 saytın fəaliyyətini dayandırıb

Avropa İttifaqının “Avropol” Polis Xidməti və İmmiqrasiya və Gömrük Nəzarəti Xidməti ABŞ-da qeyri-qanuni saxta mal satan 292 internet mağazasının domen adını bağlayıb.
 
Həbs qoyulan bütün internet saytları vahid beynəlxalq onlayn layihənin tərkib hissəsi olub. Avropada qeyri-qanuni ticarətin qarşısının alınması üzrə əməliyyatı tərəfdaş ölkələrdə (Albaniya, Belçika, Bolqarıstan, Xorvatiya, Danimarka, Fransa, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Litva, Lüksemburq, Portuqaliya, Rumıniya, Serbiya, İspaniya və Böyük Britaniya) “Avropol” koordinasiya edib. ABŞ-da bu işlə Milli Əqli Mülkiyyət Hüquqları Koordinasiya Mərkəzi məşğul olub.
 
2014-cü ilin avqustunda təşkilatlar əmtəə nişanları sahiblərindən saxta mal faktı ilə bağlı informasiya alaraq sonradan onları yerli hüquq-mühafizə orqanlarına göndəriblər.  
 
Hazırda bütün domen adlarına əməliyyatda iştirak edən dövlətlərin hökumətləri tərəfindən həbs qoyulub. İnternet mağazalarına çıxış məhdudlaşdırılıb. Belə ki, sayta daxil olan zaman domenə qəsdən müəllif hüquqlarını pozmasına görə həbs qoyulmasını bildirən banner görünür. Adətən həbs qoyulan resurslarda zinət əşyaları, idman malları, elektronika, dərmanlar və rəqəmli kontentin, məsələn, kino və musiqinin pirat versiyaları satılıb. Bu internet mağazaları saxta malları satmaqla yanaşı, ödənişi kredit kartları ilə həyata keçirən alıcıların maliyyə məlumatlarını təhlükə altına alıblar, - "Payspace ” yazır.  



Baxış sayı: 612

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024