Tarix:03/12/14
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbir Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və "Microsoft" korporasiyasının təşkilatçılığı ilə ənənəvi təşkil olunan "Bakutel 2014" sərgi-konfransı çərçivəsində baş tutur.
Tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov son zamanlar Azərbaycanın İKT sektorunda əldə edilmiş nailiyyətlər haqda ətraflı təqdimatla çıxış edib.
"Hazırda artıq nüvə texnologiyaları sahəsində araşdırmalar həyata keçirəcək yeni strukturun yaradılması istiqamətində işlər başa çatmaq üzrədir.
Bundan başqa, bu il İKT sektorunun artım tempinin hər il müşahidə olunan 20-25 faizdən çox olacağı gözlənilir. Ümumilikdə bu günədək Azərbaycanın İKT sektorunun inkişafına 3 milyard dollar investisiya qoyulub. Bu sərmayələrin nəticəsi olaraq ölkədə gündən-günə NGN texnologiyası üzərində qurulmuş stasionar rabitə şəbəkəsi genişlənir, internetin ümumi trafikinin həcmi 300 GB-i ötüb. Mobil rabitə sektoruna nəzər saldıqda görürük ki, ölkədə hər 100 nəfərə 110-dan çox mobil telefon düşür, "3G" və "4G" şəbəkələrinin əhatə dairəsi genişlənir. "Elektron hökumət portalına bu gün 296 dövlət xidməti inteqrasiya edilib və bu sahədə işlər intensiv şəkildə həyata keçirilir", - deyə nazirin birinci müavini qeyd edib.
"Bununla yanaşı, "Milli Genişzolaqlı İnternetin İnkişafı" Dövlət Proqramı artıq tam şəkildə hazırlanıb və bu günlərdə onun reallaşdırılmasına başlanacaq. Nəticədə ölkənin bütün rayon və kəndlərində əhalinin internetə genişzolaqlı çıxışı təmin ediləcək və bunun üçün, müxtəlif texnologiyalardan istifadə ediləcək", - deyə İ. Məmmədov qeyd edib.
Qeyd edək ki, üç panel sessiyası üzrə keçirilən forum çərçivəsində "E-gov xidmətlərinin ən müasir modelləri", "Elektron cəmiyyət üçün innovativ texnologiyalar", "Elektron hökumət daimi inkişaf mili kimi" mövzuları əhatə edib.
Bu panel sessiyalarında elektron hökumət ilə bağlı ölkələrin planları və strateji yanaşmaları, informasiya cəmiyyətinin yaradılması istiqamətində Azərbaycanda görülmüş işlər, müxtəlif ölkələrin ən uğurlu elektron hökumət siyasət və strategiyaları müzakirə edilib.
Tədbirdə insanların rifahının yüksəlməsinə yönəldilmiş innovativ xidmətlər - təhsil, nəqliyyat, ödəniş, bank işi sahəsində tətbiq edilən yeniliklər haqda bəhs edilib.
Aynur Vəliyeva
Bakıda “eGov 3.0: İnkişaf meyilləri və yeni imkanlar” mövzusunda beynəlxalq forum keçirilir
Bu gün Bakıda "eGov 3.0: İnkişaf meyilləri və yeni imkanlar" mövzusunda beynəlxalq forum keçirilir."ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbir Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və "Microsoft" korporasiyasının təşkilatçılığı ilə ənənəvi təşkil olunan "Bakutel 2014" sərgi-konfransı çərçivəsində baş tutur.
Tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov son zamanlar Azərbaycanın İKT sektorunda əldə edilmiş nailiyyətlər haqda ətraflı təqdimatla çıxış edib.
"Hazırda artıq nüvə texnologiyaları sahəsində araşdırmalar həyata keçirəcək yeni strukturun yaradılması istiqamətində işlər başa çatmaq üzrədir.
Bundan başqa, bu il İKT sektorunun artım tempinin hər il müşahidə olunan 20-25 faizdən çox olacağı gözlənilir. Ümumilikdə bu günədək Azərbaycanın İKT sektorunun inkişafına 3 milyard dollar investisiya qoyulub. Bu sərmayələrin nəticəsi olaraq ölkədə gündən-günə NGN texnologiyası üzərində qurulmuş stasionar rabitə şəbəkəsi genişlənir, internetin ümumi trafikinin həcmi 300 GB-i ötüb. Mobil rabitə sektoruna nəzər saldıqda görürük ki, ölkədə hər 100 nəfərə 110-dan çox mobil telefon düşür, "3G" və "4G" şəbəkələrinin əhatə dairəsi genişlənir. "Elektron hökumət portalına bu gün 296 dövlət xidməti inteqrasiya edilib və bu sahədə işlər intensiv şəkildə həyata keçirilir", - deyə nazirin birinci müavini qeyd edib.
"Bununla yanaşı, "Milli Genişzolaqlı İnternetin İnkişafı" Dövlət Proqramı artıq tam şəkildə hazırlanıb və bu günlərdə onun reallaşdırılmasına başlanacaq. Nəticədə ölkənin bütün rayon və kəndlərində əhalinin internetə genişzolaqlı çıxışı təmin ediləcək və bunun üçün, müxtəlif texnologiyalardan istifadə ediləcək", - deyə İ. Məmmədov qeyd edib.
Qeyd edək ki, üç panel sessiyası üzrə keçirilən forum çərçivəsində "E-gov xidmətlərinin ən müasir modelləri", "Elektron cəmiyyət üçün innovativ texnologiyalar", "Elektron hökumət daimi inkişaf mili kimi" mövzuları əhatə edib.
Bu panel sessiyalarında elektron hökumət ilə bağlı ölkələrin planları və strateji yanaşmaları, informasiya cəmiyyətinin yaradılması istiqamətində Azərbaycanda görülmüş işlər, müxtəlif ölkələrin ən uğurlu elektron hökumət siyasət və strategiyaları müzakirə edilib.
Tədbirdə insanların rifahının yüksəlməsinə yönəldilmiş innovativ xidmətlər - təhsil, nəqliyyat, ödəniş, bank işi sahəsində tətbiq edilən yeniliklər haqda bəhs edilib.
Aynur Vəliyeva
Baxış sayı: 1081
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır