Tarix:04/12/14
E.Lukasın dediyinə görə, o, çoxdan Estoniyanın “elektron vətəndaş”lıq pasportunu almaq arzusunda olub. “Vətəndaşlara kartlarla öz şəxsiyyətlərini təsdiq etmək imkanın verilməsi heyranedici və uğurlu sınaqdır. Məsələn, mən, hətta İngiltərədə yaşamaqla elektron imza göndərə bilmirəm. Estoniya isə bu sahədə hamıdan irəlidədir”, - ilk “elektron vətəndaş” bildirib.
Onun sözlərinə görə, indi o, elektron poçtla elektron imzanı göndərə, yerli bankda hesab aça bilər. Bundan başqa, mənim Estoniyada biznes fəaliyyəti göstərmək imkanım var. Mən inanıram ki, Estoniya sınağı vətəndaşlıqsız və sərhədlərsiz dünyaya atılan ilk addımdır.
Məlumat üçün bildirək ki, dekabrın 1-dən etibarən Estoniyada “elektron vətəndaşlıq” rəsmən tətbiq edilib.
Estoniya Respublikası dünyanın “elektron vətəndaşlıq” verən ilk ölkəsidir. Bundan sonra 50 avro (63 dollar) ödəməklə Estoniyanın virtual vətəndaşları ölkədə göstərilən rəqəmli xidmətlərdən istifadə etmək, eləcə də elektron sənədləri imzalamaq imkanı əldə edəcəklər. Bura onlayn bank, təhsil və səhiyyə xidmətləri daxildir.
Avropa İttifaqında Estoniya virtual vətəndaşlarının elektron imzaları əl imzaları kimi qanuni hesab ediləcək. Estoniya virtual vətəndaşlığı iş adamlarına və ölkədə bizneslə məşğul olmaq arzusunda olan, lakin yaşayış yerini dəyişmədən Estoniya vətəndaşlığını almaq istəyən insanlara verəcək. Bu addım hökumət və ölkənin informasiya-kommunikasiya sənayesi arasında əməkdaşlıq nəticəsində yaranan “elektron təşəbbüs” proqramının tərkib hissəsidir. Təşəbbüs Estoniyanı dünyanın ən qabaqcıl ölkələrindən biri etmək məqsədi daşıyır.
Bununla belə, Estoniya hökuməti bəyan edir ki, virtual vətəndaşlıq ölkənin rəsmi vətəndaşlığının alınmasına zəmanət vermir.
Virtual vətəndaşlığı almaq üçün şəxsən Estoniya Sərhəd Xidmətinə gələrək ərizə ilə müraciət etmək tələb olunur. Məsələ ilə bağlı qərar iki həftə ərzində veriləcək və bundan sonra Sərhəd Xidmətinə bir daha gələrək elektron kartı almaq lazım olacaq.
Virtual vətəndaşlıq kartı adi identifikasiya (şəxsiyyət vəsiqəsi) kartı deyil. Sənədin üzərində kart sahibinin fotoşəkli olmur. Fotoşəkli quraşdırılmış təhlükəsizlik sertifikatı və ikifaktorlu autentifikasiya mikroçipi əvəz edir. Estoniya hökumətinin məlumatına görə, bu, kartdan xüsusi quraşdırılmış proqram və kompüterə “USB” ilə qoşulan oxu qurğusu vasitəsilə istifadə etməyə imkan verir.
Ölkə virtual vətəndaşlıq kartlarını cari ilin sonunadək buraxmağa başlamağı planlaşdırır.
15 yaşı tamam olan bütün Estoniya vətəndaşları identifikasiya kartlarına malikdir. Estoniya xəstəxanaları elektron tibbi sığorta və doğum haqqında elektron şəhadətnamələr verir. Bundan başqa, ölkədə identifikasiya kartlarının (ID kart) verildiyi on il ərzində təhlükəsizlik sisteminin pozulması ilə bağlı hal qeydə alınmayıb, - "IT Expert” yazır.
Estoniyanın ilk “elektron vətəndaşı”nın adı məlum olub
Estoniya hökumətinin ilk “elektron vətəndaş”lıq kartı London sakini və “The Economist” jurnalının redaktoru Edvard Lukasa təqdim olunub. Redaktor peşə fəaliyyətində Şərqi Avropa və texnologiyalarla məşğul olur.E.Lukasın dediyinə görə, o, çoxdan Estoniyanın “elektron vətəndaş”lıq pasportunu almaq arzusunda olub. “Vətəndaşlara kartlarla öz şəxsiyyətlərini təsdiq etmək imkanın verilməsi heyranedici və uğurlu sınaqdır. Məsələn, mən, hətta İngiltərədə yaşamaqla elektron imza göndərə bilmirəm. Estoniya isə bu sahədə hamıdan irəlidədir”, - ilk “elektron vətəndaş” bildirib.
Onun sözlərinə görə, indi o, elektron poçtla elektron imzanı göndərə, yerli bankda hesab aça bilər. Bundan başqa, mənim Estoniyada biznes fəaliyyəti göstərmək imkanım var. Mən inanıram ki, Estoniya sınağı vətəndaşlıqsız və sərhədlərsiz dünyaya atılan ilk addımdır.
Məlumat üçün bildirək ki, dekabrın 1-dən etibarən Estoniyada “elektron vətəndaşlıq” rəsmən tətbiq edilib.
Estoniya Respublikası dünyanın “elektron vətəndaşlıq” verən ilk ölkəsidir. Bundan sonra 50 avro (63 dollar) ödəməklə Estoniyanın virtual vətəndaşları ölkədə göstərilən rəqəmli xidmətlərdən istifadə etmək, eləcə də elektron sənədləri imzalamaq imkanı əldə edəcəklər. Bura onlayn bank, təhsil və səhiyyə xidmətləri daxildir.
Avropa İttifaqında Estoniya virtual vətəndaşlarının elektron imzaları əl imzaları kimi qanuni hesab ediləcək. Estoniya virtual vətəndaşlığı iş adamlarına və ölkədə bizneslə məşğul olmaq arzusunda olan, lakin yaşayış yerini dəyişmədən Estoniya vətəndaşlığını almaq istəyən insanlara verəcək. Bu addım hökumət və ölkənin informasiya-kommunikasiya sənayesi arasında əməkdaşlıq nəticəsində yaranan “elektron təşəbbüs” proqramının tərkib hissəsidir. Təşəbbüs Estoniyanı dünyanın ən qabaqcıl ölkələrindən biri etmək məqsədi daşıyır.
Bununla belə, Estoniya hökuməti bəyan edir ki, virtual vətəndaşlıq ölkənin rəsmi vətəndaşlığının alınmasına zəmanət vermir.
Virtual vətəndaşlığı almaq üçün şəxsən Estoniya Sərhəd Xidmətinə gələrək ərizə ilə müraciət etmək tələb olunur. Məsələ ilə bağlı qərar iki həftə ərzində veriləcək və bundan sonra Sərhəd Xidmətinə bir daha gələrək elektron kartı almaq lazım olacaq.
Virtual vətəndaşlıq kartı adi identifikasiya (şəxsiyyət vəsiqəsi) kartı deyil. Sənədin üzərində kart sahibinin fotoşəkli olmur. Fotoşəkli quraşdırılmış təhlükəsizlik sertifikatı və ikifaktorlu autentifikasiya mikroçipi əvəz edir. Estoniya hökumətinin məlumatına görə, bu, kartdan xüsusi quraşdırılmış proqram və kompüterə “USB” ilə qoşulan oxu qurğusu vasitəsilə istifadə etməyə imkan verir.
Ölkə virtual vətəndaşlıq kartlarını cari ilin sonunadək buraxmağa başlamağı planlaşdırır.
15 yaşı tamam olan bütün Estoniya vətəndaşları identifikasiya kartlarına malikdir. Estoniya xəstəxanaları elektron tibbi sığorta və doğum haqqında elektron şəhadətnamələr verir. Bundan başqa, ölkədə identifikasiya kartlarının (ID kart) verildiyi on il ərzində təhlükəsizlik sisteminin pozulması ilə bağlı hal qeydə alınmayıb, - "IT Expert” yazır.
Baxış sayı: 686
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır