12px13px15px17px
Tarix:04/12/14

Baltikyanı ölkə Avropa Kosmik Agentliyinə qoşulacaq

Estoniya tamhüquqlu üzv kimi Avropa Kosmik Agentliyinə (AKA) daxil olacaq. Bu barədə Lüksemburqda AKA nazirlərinin görüşündə iştirak edən ölkənin xarici ticarət və sahibkarlıq naziri Anne Sullinq deyib. Rəsmi Tallin təşkilata üzvlüyə dair sazişi 2015-ci ilin fevralında imzalayacaq.

“Agentliyin üzvü kimi Estoniya müxtəlif proqramlarda iştirak edə, kosmik sahədə istifadə olunan yüksək texnologiyalı üsulları inkişaf etdirə biləcək”, - A.Sullinq bildirib. Onun sözlərinə görə, AKA-ya üzvlük Estoniyanın həm alimləri, həm də sahibkarları üçün geniş imkanlar açır.

Avropa agentliyinə illik üzvlük haqqı 870 min avro təşkil edir. İllik üzvlük haqqından başqa saziş imzalanandan sonra 600 min avro məbləğində birdəfəlik üzvlük haqqı ödəniləcək. “Kosmos bahalı fəaliyyət sahəsidir. Estoniya üçün vacibdir ki, AKA-ya sifarişlər vasitəsilə Estoniya iqtisadiyyatına imkan daxilində böyük məbləğlər qayıtsın”, - A.Sullinq qeyd edib.

Simvolik olaraq Estoniya Avropa kosmik klubuna 2013-cü ilin mayında daxil olub. O zaman Tartu Universitetinin alim və tələbə kollektivi tərəfindən yaradılan “ESTCube-1” nanopeyki Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan Fransanın raketdaşıyıcısı ilə uğurla orbitə buraxılıb, - “TASS” yazır. 



Baxış sayı: 754

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024