12px13px15px17px
Tarix:05/12/14

Tərcüməçilərin elektron məlumat bazası yaradılır

Azərbaycanda tərcüməçilərin elektron bazası yaradılacaq. Bunun üçün ilk növbədə tərcüməçilərin qeydiyyatı həyata keçiriləcək.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası dekabrın 7-dən etibarən yeni üzvlərin qəbulu və cari üzvlərin akkreditasiyası prosesinə başlayır. Yeni üzvlərin qəbulu iki mərhələdə keçiriləcək. İlkin mərhələdə 18-30 yaşlı gənc, sonrakı mərhələdə isə 30 yaşdan yuxarı tərcüməçilərin akkreditasiyası həyata keçiriləcək.
 
Peşəkarlıq dərəcəsindən asılı olaraq, tərcüməçilər 3 kateqoriya (A, B, C) üzrə təsnif ediləcək və hər kateqoriyada tərcümənin şifahi-ardıcıl, şifahi-sinxron və yazılı tərcümə qollarından biri və ya bir neçəsi üzrə akkreditə olunacaqlar.
 
 
Assosiasiyadan bildiriblər ki, akkreditasiyadan keçməyən tərcüməçilər də kənarda qalmayacaqlar. Onlar müşahidəçi üzv kimi qeydiyyata düşəcək və müəyyən edilmiş aralıqdan sonra təkrar imtahan verərək akkreditə olunacaqlar. Sonrakı müraciət yalnız ilk müraciətdən bir il sonra edilə bilər.
 
 
Akkreditasiyadan keçən tərcüməçilər haqqında məlumatlar elektron bazaya daxil ediləcək. E-baza təşkilatın saytında yerləşdiriləcək. Bu yolla, işəgötürənlər və sifarişçilər tərcüməçilərlə birbaşa əlaqə saxlaya biləcək, eyni zamanda hər hansı tərcüməçinin AGTA tərəfindən akkreditə olunub-olunmadığını öyrənə biləcəklər.
Prosesin ilkin mərhələsinin gələn ilin fevralına qədər davam etməsi planlaşdırılır.
 
 
SEYMUR



Baxış sayı: 730

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024