Tarix:05/12/14
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, ötən il sentyabrın sonunda gənclik illərində Stiv Cobsun Los-Altos şəhərində yaşadığı evi tarixi abidə elan etmək təklif edilib. Hesab edilir ki, 1976-cı ildə məhz bu qarajda Stiv Cobs və Stiv Voznyak dostlarının köməyi ilə “Apple I” kompüterinin ilk 50 nüsxəsini yığıblar.
"Qarajla bağlı deyilənlər mifdir. Biz orada dizayn hazırlamamışıq, maket və ya prototip yaratmamışıq, məhsullar planlaşdırmamışıq. İstehsal prosesi, həmçinin qarajda olmayıb. Qaraj ev rolunu oynayıb. Bizim pulumuz yox idi. Pul olmadıqda, evdə işləməli olursan" – Voznyak deyib.
Voznyakın sözlərinə görə, işin çox hissəsi (dizayn, maket, quraşdırılma) “Hewlett-Packard” şirkətindəki iş yerində görülüb.
Emil Hüseynov
Stiv Voznyak “Apple”ın əfsanəvi qarajını mif adlandırıb
“Apple” şirkətinin həmtəsisçisi Stiv Voznyak “Apple Computers”in yaradılma yeri hesab olunan Stiv Cobsun qarajını mif adlandırıb. Voznyak “Bloomberg Businessweek”ə müsahibəsində belə deyib."ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, ötən il sentyabrın sonunda gənclik illərində Stiv Cobsun Los-Altos şəhərində yaşadığı evi tarixi abidə elan etmək təklif edilib. Hesab edilir ki, 1976-cı ildə məhz bu qarajda Stiv Cobs və Stiv Voznyak dostlarının köməyi ilə “Apple I” kompüterinin ilk 50 nüsxəsini yığıblar.
"Qarajla bağlı deyilənlər mifdir. Biz orada dizayn hazırlamamışıq, maket və ya prototip yaratmamışıq, məhsullar planlaşdırmamışıq. İstehsal prosesi, həmçinin qarajda olmayıb. Qaraj ev rolunu oynayıb. Bizim pulumuz yox idi. Pul olmadıqda, evdə işləməli olursan" – Voznyak deyib.
Voznyakın sözlərinə görə, işin çox hissəsi (dizayn, maket, quraşdırılma) “Hewlett-Packard” şirkətindəki iş yerində görülüb.
Emil Hüseynov
Baxış sayı: 650
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır