Tarix:05/12/14
“Heartbleed” virus proqramından istifadə nəticəsində Kanada Vergi Xidməti elektron vergi ödənişi servislərini bağlamağa və milyonlarla vətəndaş üçün vergi bəyannamələrinin təqdim edilməsi müddətini uzatmağa məcbur olub. Xidmət bu tədbiri hökumət serverlərinə müdaxilə nəticəsində azı 652 sosial sığorta nömrəsinin məlumatının oğurlanması aşkar edildikdən sonra əl atıb. Bu, vergiləri kompensasiya etmək üçün nəzərdə tutulan informasiya olub. Vergi xidmətinin elektron resurslarından istifadə beş gün mümkün olmayıb. Bu müddət ərzində polis Stiven Solis-Reyesin izinə düşərək onu həbs edə bilib.
İnformasiya texnologiyaları mütəxəssisləri qısa müddətə vergi xidmətinin proqram təminatındakı boşluqları aradan qaldırmağa nail olublar. Onların sözlərinə görə, müxtəlif İP ünvanlarından həyata keçirilən hücumlar iki sutka davam edib, - "SecurityLab” yazır.
Kanada Vergi Xidmətinin elektron resursları haker hücumuna məruz qalıb
Kanada hüquq-mühafizə orqanları ölkənin Vergi Xidmətinin internet resurslarına müdaxiləyə cəhd etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunan 19 yaşlı Stiven Solis-Reyesə qarşı 19 əlavə ittiham irəli sürüblər. Solis-Reyes təhsil müəssisələrinin saytlarına, eləcə də xarici elektron poçt servisinə haker hücumları təşkil etməkdə ittiham olunur.“Heartbleed” virus proqramından istifadə nəticəsində Kanada Vergi Xidməti elektron vergi ödənişi servislərini bağlamağa və milyonlarla vətəndaş üçün vergi bəyannamələrinin təqdim edilməsi müddətini uzatmağa məcbur olub. Xidmət bu tədbiri hökumət serverlərinə müdaxilə nəticəsində azı 652 sosial sığorta nömrəsinin məlumatının oğurlanması aşkar edildikdən sonra əl atıb. Bu, vergiləri kompensasiya etmək üçün nəzərdə tutulan informasiya olub. Vergi xidmətinin elektron resurslarından istifadə beş gün mümkün olmayıb. Bu müddət ərzində polis Stiven Solis-Reyesin izinə düşərək onu həbs edə bilib.
İnformasiya texnologiyaları mütəxəssisləri qısa müddətə vergi xidmətinin proqram təminatındakı boşluqları aradan qaldırmağa nail olublar. Onların sözlərinə görə, müxtəlif İP ünvanlarından həyata keçirilən hücumlar iki sutka davam edib, - "SecurityLab” yazır.
Baxış sayı: 634
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır