Tarix:05/12/14
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Azərbaycanla yanaşı, tədbirlərdə Belarusun, Qazaxıstanın, Qırğızıstanın, Rusiyanın, Özbəkistanın və Ermənistanın, RRB-nin icra komitəsinin və Beynəlxalq Rabitə İttifaqının Radiorabitə Bürosunun nümayəndələri iştirak ediblər.
Radioyayım üzrə işçi qrupun 4-cü iclasında müvafiq tövsiyələrin hazırlanması və əlaqələndirilməsi üçün qəbuledici qurğuların standartlaşdırılması üzrə işlərin aparılması məsələləri müzakirə olunub.
Eyni zamanda, 694-790 və 790-862 MHz tezlik zolaqlarında televiziya yayımının və perspektiv genişyayımlı çatdırılma texnologiyalarının tətbiqi üçün radioyayım xidmətinin ehtiyaclarına, “Cenevrə-06 Planı”nın modifikasiya imkanları və 694-790 və 790-862 MHz tezlik zolaqlarının istifadəsi üzrə RRB-nin Rabitə Administrasiyalarının radioyayım xidməti üzrə təkliflərə baxılıb.
Tədbir iştirakçıları “Perspektiv radiotexnologiyaların inkişafı üzrə uzunmüddətli proqnozların və onların texniki xarakteristikalarının hazırlanması və 470-862 MHz diapazonunda tezlik zolaqlarının birgə istifadəsi imkanlarının ssenarilərinin müəyyən edilməsi” hesabatı üzrə görülən işləri müzakirə edib.
Qeyd edək ki, 790-862 MHz tezlik zolaqları LTE şəbəkələrinin yaradılması üçün istifadə edilə bilər. Azərbaycanda hazırda bu tezliklər qismən məşğuldur.
Aynur Vəliyeva
Azərbaycan radiotezlik çeşidinin idarəetməsi üzrə məsələlərin müzakirəsində iştirak edib
Azərbaycan Regional Rabitə Birliyinin Astanada (Qazaxıstan) keçirilmiş radioyayım üzrə işçi qrupun 4-cü iclasında və radiotezlik çeşidinin idarəetməsi üzrə işçi qrupunun 5-ci iclasında təmsil olunub.“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Azərbaycanla yanaşı, tədbirlərdə Belarusun, Qazaxıstanın, Qırğızıstanın, Rusiyanın, Özbəkistanın və Ermənistanın, RRB-nin icra komitəsinin və Beynəlxalq Rabitə İttifaqının Radiorabitə Bürosunun nümayəndələri iştirak ediblər.
Radioyayım üzrə işçi qrupun 4-cü iclasında müvafiq tövsiyələrin hazırlanması və əlaqələndirilməsi üçün qəbuledici qurğuların standartlaşdırılması üzrə işlərin aparılması məsələləri müzakirə olunub.
Eyni zamanda, 694-790 və 790-862 MHz tezlik zolaqlarında televiziya yayımının və perspektiv genişyayımlı çatdırılma texnologiyalarının tətbiqi üçün radioyayım xidmətinin ehtiyaclarına, “Cenevrə-06 Planı”nın modifikasiya imkanları və 694-790 və 790-862 MHz tezlik zolaqlarının istifadəsi üzrə RRB-nin Rabitə Administrasiyalarının radioyayım xidməti üzrə təkliflərə baxılıb.
Tədbir iştirakçıları “Perspektiv radiotexnologiyaların inkişafı üzrə uzunmüddətli proqnozların və onların texniki xarakteristikalarının hazırlanması və 470-862 MHz diapazonunda tezlik zolaqlarının birgə istifadəsi imkanlarının ssenarilərinin müəyyən edilməsi” hesabatı üzrə görülən işləri müzakirə edib.
Qeyd edək ki, 790-862 MHz tezlik zolaqları LTE şəbəkələrinin yaradılması üçün istifadə edilə bilər. Azərbaycanda hazırda bu tezliklər qismən məşğuldur.
Aynur Vəliyeva
Baxış sayı: 689
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır