Tarix:05/12/14
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2015-ci ildə istehsalçıların əksəri bükük ekranla təchiz ediləcək "ağıllı" saat və başqa mobil cihazların buraxılışına hazırlaşır. Bunu nəzərə alan “DisplaySearch” ekspertləri 2014-cü illə müqayisədə elastik ekran bazarında təxminən 9 dəfə artım proqnozlaşdırır.
“Business Korea” nəşri yazır ki, gözləntilərə görə, 2013-2020-ci illərdə bu məhsulun satışlarından əldə olunan gəlir orta hesabla 119% artacaq və proqnozlaşdırılan dövrün sonuna 20 milyard ABŞ dollarını ötəcək.
Ənənəvi ekranlardan fərqli olaraq, elastik ekranlar şüşədən deyil, plastik materiallardan hazırlanıb. Bundan başqa, elastik ekrana istənilən formanı vermək olar ki, bu da dizayn sahəsində imkanları genişləndirir.
Son zamanlar istehsalçılar bu məhsulun buraxılışı ilə bağlı texniki problemlərin əksəriyyətini həll etməyə nail olublar, buna görə yaxın altı ayda şirkətlər elastik ekran istehsalının həcmini artırmağa hazırlaşırlar.
Emil Hüseynov
Elastik ekran bazarında 9 dəfə artım gözlənilir
Analitiklər elastik ekran bazarında kəskin artım proqnozlaşdırır."ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2015-ci ildə istehsalçıların əksəri bükük ekranla təchiz ediləcək "ağıllı" saat və başqa mobil cihazların buraxılışına hazırlaşır. Bunu nəzərə alan “DisplaySearch” ekspertləri 2014-cü illə müqayisədə elastik ekran bazarında təxminən 9 dəfə artım proqnozlaşdırır.
“Business Korea” nəşri yazır ki, gözləntilərə görə, 2013-2020-ci illərdə bu məhsulun satışlarından əldə olunan gəlir orta hesabla 119% artacaq və proqnozlaşdırılan dövrün sonuna 20 milyard ABŞ dollarını ötəcək.
Ənənəvi ekranlardan fərqli olaraq, elastik ekranlar şüşədən deyil, plastik materiallardan hazırlanıb. Bundan başqa, elastik ekrana istənilən formanı vermək olar ki, bu da dizayn sahəsində imkanları genişləndirir.
Son zamanlar istehsalçılar bu məhsulun buraxılışı ilə bağlı texniki problemlərin əksəriyyətini həll etməyə nail olublar, buna görə yaxın altı ayda şirkətlər elastik ekran istehsalının həcmini artırmağa hazırlaşırlar.
Emil Hüseynov
Baxış sayı: 669
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır