Tarix:06/12/14
Son bir neçə ildə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin "Bakutel" sərgisini ziyarət etməsi İKT sahəsi üzrə ən böyük ixtisaslaşmış tədbirin yüksək statusunu bir daha sübut edir. Ölkə başçısı Azərbaycan, Sudan, Türkiyə, Misir, İran, Bolqarıstan, Macarıstan və digər ölkələrin müvafiq nazirləri, eləcə də İKT sahəsi üzrə bir çox aparıcı mütəxəssis, rəhbər və eksperti bir araya gətirən yubiley sərgidə VIP-tura rəhbərlik etdi.
VIP-tur ərzində Azərbaycanın peyk operatoru olan "Azərkosmos" ASC ilə Fransanın "Airbus Defence and Space" şirkəti arasında "Spot 7" müşahidə peykinin "Azersky" adı altında Azərbaycan tərəfinə verilməsi barədə müqavilə imzalandı. Müqavilənin imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev də iştirak etdi. Ölkə başçısı peykdən simvolik təsviri aldıqdan sonra "Azersky" peykinin kommersiya fəaliyyətinə start verdi.
Sərgi kompleksinin foyesində Azərbaycanın milli pavilyonu yerləşir və bu pavilyonda Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyəti və İKT sənayesinin inkişafı üzrə gələcək layihələri barədə ətraflı məlumatlar verilir. Məhz burada işlənib hazırlanmış mühüm məhsulları nümayiş etdirən BMT pavilyonu da ziyarətçiləri qəbul edir. Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) isə ilk dəfə olaraq qarşıdan gələn 150 illik yubileyinə və bu illər ərzində müvafiq sahə üzrə texnoloji inkişafa həsr olunmuş stendi ilə bu sərgidə iştirak edir. Həmçinin, Bakı Ekspo Mərkəzinin foyesində "Baku 2015" adlı stend yerləşir və bu stend Azərbaycanda 2015-ci ildə keçiriləcək Avropa Oyunlarına hazırlıq prosesini əks etdirir.
Bu il sərgidə telekommunikasiya və şəbəkələr, habelə genişzolaqlı, simsiz və peyk rabitəsi / texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyaları nümayiş etdirilir. Yubiley "Bakutel" sərgisində dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edir və onların arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribüterləri yer alır. Böyük Britaniya, İsrail, Kanada, Türkiyə, Xorvatiya, Estoniya və bir sıra digər ölkələr sərgidə təkcə Azərbaycan üçün deyil, həm də bütün Xəzəryanı region üçün yeni olan innovasiyalı proqramların nümayişi ilə yanaşı, İKT sahəsi üzrə proqram, məhsul və xidmətlərin təqdimatlarını da həyata keçirəcəklər.
/> Sərgidə iştirakçıların bir çoxu öz təqdimatları ilə çıxış edirlər və ziyarətçilərə Azərbaycan dilində universal platforma, art-instalyasiyalar nümayiş etdirən LED videodivarlar, avtomobilin izlənilməsi və avtoparkın idarə edilməsi üzrə GPS sisteminin yeni texnologiyaları, "Mobil pul kisəsi" adlı həll variantları və s. bu kimi məhsullar təklif edilir.
Həmçinin, sərgidə "Evə qədər optika" ("Fiber-to-the-home") üzrə optik-lifli texnologiyalar sahəsində optik-lifli kabellər, kompleks həll variantları və xidmətlər, eləcə də peyk və yerüstü sistem və aksessuarlar sahəsində keyfiyyətli həll variantları, o cümlədən unikal "Epson Moverio" eynəkləri, innovasiyalı "Oculus Rift" virtual reallıq dəbilqəsi və s. bu kimi məhsullar da nümayiş etdirilir.
Yubiley "Bakutel" sərgisi mütəxəssislərin geniş işgüzar ünsiyyəti formatında keçirilir və bu sərgi çərçivəsində bütün dünya üzrə İKT sənayesinin ən son təmayülləri, eləcə də Azərbaycanda İKT sənayesinin inkişafı perspektivlərinin müzakirəsinə imkan verən konfrans və seminarların keçirilməsi nəzərdə tutulur. Belə ki, sərgi çərçivəsində Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə "Əşyaların interneti" mövzusunda konfrans keçirildi. Konfransda internetin yeni inkişaf mərhələsi ilə əlaqədar məsələlər müzakirə olundu. Məruzəçilər arasında Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Dr. Hamadun Ture, Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, "Intel" şirkətinin vitse-prezidenti cənab Con Deyvis və başqaları var idi.
"Bakutel" sərgisinin daimi iştirakçılarının toplaşdığı foyedə yubiley münasibəti ilə üzərində sərginin loqosu olan reklam lövhəsi yerləşdirilmişdi. Həmçinin, foyedə ötən 20 il ərzində sərginin tarixi məqamlarını əks etdirən yubiley stendi yer almışdı.
Müasir oyun texnologiyalarının həvəskarları üçün Bakı Ekspo Mərkəzinin foyesində oyun zonası təşkil olunub və burada hər kəs virtual aləmdə qol vura və ya yarış trasında öz məharətini göstərə bilər. Sərgiyə gələn ziyarətçiləri isə Bakıda ilk dəfə öz şou-proqramı ilə çıxış edəcək robotlar salamlayırdı. Sərginin 20 illiyinə həsr olunmuş əlavə tədbirlər zəngin informasiya konteksti, koloriti və rəngarəngliyi sayəsində xüsusi təmtəraq və bayram ab-havası yaratdı.
Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Bakutel" sərgisinin təşkili və inkişafına əvəzsiz dəstək göstərir. Sərgini dəstəkləyən Azərbaycan strukturları arasında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) da var.
Həmçinin, artıq uzun illərdir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) kimi nüfuzlu təşkilatlar bu sərgini dəstəkləyirlər. "Bakutel" sərgisinin baş sponsoru ABŞ-ın "Intel" korporasiyasıdır. Sərginin digər sponsorları arasında Azərbaycanın "Eurodesign" və Finlandiyanın "Tecnotree" şirkətləri var. Sərginin təşkilatçıları qismində isə "Iteca Caspian", "ITE Group Plc" və "Caspian Event Organisers (СЕО)" şirkətləri çıxış ediblər.
“Bakutel-2014” sərgi-konfransı öz işini uğurla yekunlaşdırdı (FOTOLAR)
2-5 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində təşkil olunan 20-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları ("Bakutel" 2014) Sərgi-Konfransı öz işini uğurla yekunlaşdırdı. Keçirildiyi illər ərzində sərgi Xəzər regionunun aparıcı İKT forumuna çevrilib və hər il dünya ictimaiyyətinin diqqətini özünə cəlb edir.Son bir neçə ildə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin "Bakutel" sərgisini ziyarət etməsi İKT sahəsi üzrə ən böyük ixtisaslaşmış tədbirin yüksək statusunu bir daha sübut edir. Ölkə başçısı Azərbaycan, Sudan, Türkiyə, Misir, İran, Bolqarıstan, Macarıstan və digər ölkələrin müvafiq nazirləri, eləcə də İKT sahəsi üzrə bir çox aparıcı mütəxəssis, rəhbər və eksperti bir araya gətirən yubiley sərgidə VIP-tura rəhbərlik etdi.
VIP-tur ərzində Azərbaycanın peyk operatoru olan "Azərkosmos" ASC ilə Fransanın "Airbus Defence and Space" şirkəti arasında "Spot 7" müşahidə peykinin "Azersky" adı altında Azərbaycan tərəfinə verilməsi barədə müqavilə imzalandı. Müqavilənin imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev də iştirak etdi. Ölkə başçısı peykdən simvolik təsviri aldıqdan sonra "Azersky" peykinin kommersiya fəaliyyətinə start verdi.
Sərgi kompleksinin foyesində Azərbaycanın milli pavilyonu yerləşir və bu pavilyonda Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyəti və İKT sənayesinin inkişafı üzrə gələcək layihələri barədə ətraflı məlumatlar verilir. Məhz burada işlənib hazırlanmış mühüm məhsulları nümayiş etdirən BMT pavilyonu da ziyarətçiləri qəbul edir. Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) isə ilk dəfə olaraq qarşıdan gələn 150 illik yubileyinə və bu illər ərzində müvafiq sahə üzrə texnoloji inkişafa həsr olunmuş stendi ilə bu sərgidə iştirak edir. Həmçinin, Bakı Ekspo Mərkəzinin foyesində "Baku 2015" adlı stend yerləşir və bu stend Azərbaycanda 2015-ci ildə keçiriləcək Avropa Oyunlarına hazırlıq prosesini əks etdirir.
Bu il sərgidə telekommunikasiya və şəbəkələr, habelə genişzolaqlı, simsiz və peyk rabitəsi / texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyaları nümayiş etdirilir. Yubiley "Bakutel" sərgisində dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edir və onların arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribüterləri yer alır. Böyük Britaniya, İsrail, Kanada, Türkiyə, Xorvatiya, Estoniya və bir sıra digər ölkələr sərgidə təkcə Azərbaycan üçün deyil, həm də bütün Xəzəryanı region üçün yeni olan innovasiyalı proqramların nümayişi ilə yanaşı, İKT sahəsi üzrə proqram, məhsul və xidmətlərin təqdimatlarını da həyata keçirəcəklər.
/> Sərgidə iştirakçıların bir çoxu öz təqdimatları ilə çıxış edirlər və ziyarətçilərə Azərbaycan dilində universal platforma, art-instalyasiyalar nümayiş etdirən LED videodivarlar, avtomobilin izlənilməsi və avtoparkın idarə edilməsi üzrə GPS sisteminin yeni texnologiyaları, "Mobil pul kisəsi" adlı həll variantları və s. bu kimi məhsullar təklif edilir.
Həmçinin, sərgidə "Evə qədər optika" ("Fiber-to-the-home") üzrə optik-lifli texnologiyalar sahəsində optik-lifli kabellər, kompleks həll variantları və xidmətlər, eləcə də peyk və yerüstü sistem və aksessuarlar sahəsində keyfiyyətli həll variantları, o cümlədən unikal "Epson Moverio" eynəkləri, innovasiyalı "Oculus Rift" virtual reallıq dəbilqəsi və s. bu kimi məhsullar da nümayiş etdirilir.
Yubiley "Bakutel" sərgisi mütəxəssislərin geniş işgüzar ünsiyyəti formatında keçirilir və bu sərgi çərçivəsində bütün dünya üzrə İKT sənayesinin ən son təmayülləri, eləcə də Azərbaycanda İKT sənayesinin inkişafı perspektivlərinin müzakirəsinə imkan verən konfrans və seminarların keçirilməsi nəzərdə tutulur. Belə ki, sərgi çərçivəsində Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə "Əşyaların interneti" mövzusunda konfrans keçirildi. Konfransda internetin yeni inkişaf mərhələsi ilə əlaqədar məsələlər müzakirə olundu. Məruzəçilər arasında Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Dr. Hamadun Ture, Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, "Intel" şirkətinin vitse-prezidenti cənab Con Deyvis və başqaları var idi.
"Bakutel" sərgisinin daimi iştirakçılarının toplaşdığı foyedə yubiley münasibəti ilə üzərində sərginin loqosu olan reklam lövhəsi yerləşdirilmişdi. Həmçinin, foyedə ötən 20 il ərzində sərginin tarixi məqamlarını əks etdirən yubiley stendi yer almışdı.
Müasir oyun texnologiyalarının həvəskarları üçün Bakı Ekspo Mərkəzinin foyesində oyun zonası təşkil olunub və burada hər kəs virtual aləmdə qol vura və ya yarış trasında öz məharətini göstərə bilər. Sərgiyə gələn ziyarətçiləri isə Bakıda ilk dəfə öz şou-proqramı ilə çıxış edəcək robotlar salamlayırdı. Sərginin 20 illiyinə həsr olunmuş əlavə tədbirlər zəngin informasiya konteksti, koloriti və rəngarəngliyi sayəsində xüsusi təmtəraq və bayram ab-havası yaratdı.
Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Bakutel" sərgisinin təşkili və inkişafına əvəzsiz dəstək göstərir. Sərgini dəstəkləyən Azərbaycan strukturları arasında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) da var.
Həmçinin, artıq uzun illərdir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) kimi nüfuzlu təşkilatlar bu sərgini dəstəkləyirlər. "Bakutel" sərgisinin baş sponsoru ABŞ-ın "Intel" korporasiyasıdır. Sərginin digər sponsorları arasında Azərbaycanın "Eurodesign" və Finlandiyanın "Tecnotree" şirkətləri var. Sərginin təşkilatçıları qismində isə "Iteca Caspian", "ITE Group Plc" və "Caspian Event Organisers (СЕО)" şirkətləri çıxış ediblər.
Baxış sayı: 2826
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır