12px13px15px17px
Tarix:06/12/14

“Lenovo” “K3 Music Lemon” ucuz smartfonunu nümayiş etdirib

“Lenovo” şirkəti “K3 Music Lemon” adlı yeni ucuz smartfonunu nümayiş etdirib. Qiyməti 100 dollardan aşağı olan yeni aparatın texniki xüsusiyyətləri yaxşıdır.
 
Yeni qurğu 1280x720 piksel təsvir ölçülü 5 düymlük IPS ekran, 1.2 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 410” prosessoru ilə təchiz edilib və “Android 4.4 KitKat” əməliyyat sistemi quraşdırılıb.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, əsas kamera 8 meqapiksellik təsvir ötürücüsünə malikdir, ön fotomodul isə 2 meqapiksellik təsvir ölçülü matrisə əsaslanır. Əməli yaddaşın həcmi 1 QB, daxili yaddaş isə 16 QB təşkil edir.
 
Məhsulun ölçüləri 141x70,5x7,9 mm təşkil edir. Akkumulyator batareyasının tutumu 2300 milliamper/saat təşkil edir. Bu ucuz telefonun əsas özəlliyi LTE şəbəkəsinin dəstəklənməsi, “MaxxAudio by Waves” daxili audiosistemi və parlaq sarı korpusla təchiz olunub.
 
“Lenovo K3 Music Lemon” smartfonu Çində təqdim edilib və hələ ki yalnız orada satılacaq. Qurğunun dəyəri 600 yuan təşkil edir ki, bu da 97 ABŞ dollarına bərabərdir.
 
Emil Hüseynov



Baxış sayı: 696

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024