12px13px15px17px
Tarix:08/12/14

Beynəlxalq Telekommunikasiya İttifaqı “G.fast” standartını təsdiq edib

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) üzvləri “G.fast” genişzolaqlı çıxış standartının tətbiqinə razılıq veriblər. Standart texnologiyadan bazarda kommersiya baxımından istifadəyə və ondan “FTTH” modellərə əlavə etməyə imkan verəcək.
 
“G.fast” standartı “fibre-to-the distribution-point”un (FTTdp) (yayılma nöqtəsindək optik-lif xətti və özündə optik-lifin və “DSL”-in üstünlüklərini birləşdirməklə “DSL” quraşdıran abunəçi üçün optik-lif sürəti təqdim edir) tərkib hissəsi kimi inkişaf etdirilir. 
 
Optik xətt misin “G.fast”ın dəstəyi ilə iki və ya daha çox mis xəttinin bilavasitə bir-birinə yaxın olanda yaranan interferensiya maneələrinin aradan qaldırılması üçün nəzərdə tutulan texnologiyalardan istifadə edən yayılma nöqtəsinədək çəkilir.
 
Potensial baxımdan bu, telekommunikasiya şirkətləri üçün qənaət, eləcə də müştərilərə göstərilən xidmət keyfiyyətinin artırılması deməkdir.
 
“G.fast”ın təsdiq edilməsi və həyata keçirilməsi arasında olan vaxt son zamanlar qəbul edilən texnologiyalar arasında ən sürətlisi olacaq. Bir sıra tədarükçülər artıq “G.fast” avadanlığının tədarükünə başlayıb, provayderlər tərəfindən laboratoriya və səhra sınaqları uğurla həyata keçirilir”, - BTİ-nin baş katibi Hamadun Ture deyib.
 
Texnologiya “4K” və ya “8K” təsvir ölçüsündə ultra “HD” formatı, axınlı "IPTV”, “bulud” texnologiyaları əsasında qabaqcıl məlumat saxlama texnologiyaları və “HD” videorabitə kimi resurs tutumlu xidmətlərin inkişafına kömək edə bilər. BTİ nümayəndələrinin fikrincə, “G.fast”ın standart əməliyyatlara, operator şəbəkəsində inzibatçılıq və idarəetməyə təsirinin yox səviyyəsində olması onu xidmət tədarükçüləri üçün çox cəlbedici edəcək.
 
“G.fast” standartı “Broadband Forum” layihəsi çərçivəsində “FTTdp” arxitekturası ilə paralel inkişaf etdirilib.
 
“Broadband Forum” BTİ ilə “G.fast” standartının uyğunluğunun təmini və çipset və avadanlıqların sertifikatlaşdırılması üçün əməkdaşlıq edir”, - "Broadband Forum” layihəsinin rəhbəri Robin Merş bildirib.
 
Operatorların əksəriyyəti “G.fast” standartına böyük ümidlər bəsləyir, “Telekomza yazır.



Baxış sayı: 733

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024