Tarix:09/12/14
Lakin üçüncü rübdə ABŞ-da bazarın əsas artımını nəhəng “Google”, “Facebook”, “Microsoft”, Çində “Tencent” və “Alibaba” və digər internet şirkətləri təmin edib. İri şirkətlər məşhur istehsalçılardan hazır serverlər almağa deyil, xüsusiləşmiş sistemlər sifariş etməyə üstünlük verirlər. Bunun nəticəsində “HP”, “Dell”, “IBM” gəlirlərini kiçik şirkətlərin xeyrinə itirirlər.
Bazardakı vəziyyətə iki əsas amil təsir göstərir: “Hewlett-Packard” şirkətinin planlaşdırılan bölünməsi və Çinin “Lenovo” şirkəti tərəfindən “IBM”in "x86” arxitekturalı serverlərin istehsalı üzrə bölməsinin satın alınması. Analitiklər bildirirlər ki, server alıcıları “Lenovo”ya ehtiyatlı yanaşırlar.
“HP” üçüncü rübdə 569426 server satıb və 3,38 milyard dollar əldə edib ki, bu da onu həm pul, həm də fiziki ifadədə lider mövqeyə yüksəldib. Satışların pul məbləğinə görə “HP”dən sonrakı yerlərdə “IBM”, “Dell”, “Cisco” və “Oracle” şirkətləri qərarlaşdığı halda satılan serverlərin sayı üzrə beşliyə “Dell”, “IBM” və Çinin “Huawei Technologies” və “Inspur Electronics” şirkətləri daxil olub, - “Computerworld” yazır.
“Gartner”: “Onlayn nəhənglər serverlər bazarına dəstək verib”
“Gartner” şirkətinin məlumatına görə, analitik texnologiyaların real vaxtda tətbiqi serverlərə dünya iqtisadiyyatının vəziyyətinə baxmayaraq tələbatı bir qədər artırıb.Lakin üçüncü rübdə ABŞ-da bazarın əsas artımını nəhəng “Google”, “Facebook”, “Microsoft”, Çində “Tencent” və “Alibaba” və digər internet şirkətləri təmin edib. İri şirkətlər məşhur istehsalçılardan hazır serverlər almağa deyil, xüsusiləşmiş sistemlər sifariş etməyə üstünlük verirlər. Bunun nəticəsində “HP”, “Dell”, “IBM” gəlirlərini kiçik şirkətlərin xeyrinə itirirlər.
Bazardakı vəziyyətə iki əsas amil təsir göstərir: “Hewlett-Packard” şirkətinin planlaşdırılan bölünməsi və Çinin “Lenovo” şirkəti tərəfindən “IBM”in "x86” arxitekturalı serverlərin istehsalı üzrə bölməsinin satın alınması. Analitiklər bildirirlər ki, server alıcıları “Lenovo”ya ehtiyatlı yanaşırlar.
“HP” üçüncü rübdə 569426 server satıb və 3,38 milyard dollar əldə edib ki, bu da onu həm pul, həm də fiziki ifadədə lider mövqeyə yüksəldib. Satışların pul məbləğinə görə “HP”dən sonrakı yerlərdə “IBM”, “Dell”, “Cisco” və “Oracle” şirkətləri qərarlaşdığı halda satılan serverlərin sayı üzrə beşliyə “Dell”, “IBM” və Çinin “Huawei Technologies” və “Inspur Electronics” şirkətləri daxil olub, - “Computerworld” yazır.
Baxış sayı: 614
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır