12px13px15px17px
Tarix:09/12/14

“Euronews”: “Bakutel-2014” İKT sahəsində əldə olunan nailiyyətləri nümayiş etdirmək üçün yaxşı platformadır (VİDEO)

Azərbaycan paytaxtında keçirilən “Bakutel-2014” XX Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi artıq bir neçə gündür ki, dünyanın aparıcı kütləvi informasiya vasitələrinin də diqqət mərkəzindədir. Dünyanın nüfuzlu televiziya kanallarından olan “Euronews”un sərgi haqqında geniş süjet hazırlaması bunu bir daha təsdiq edir.
 
Reportajın müəllifi - “Euronews”un müxbiri Pier Assemat “Bakutel”in dünyada ildən-ilə daha böyük maraqla qarşılandığını xüsusi vurğulayaraq Azərbaycan paytaxtında bu sərginin keçirilməsinin telekommunikasiya bazarında mühüm hadisə olduğunu bildirib.

Müəllif diqqətə çatdırıb ki, “Bakutel-2014”-ə müxtəlif ölkələrdən mütəxəssislər, ekspertlər gəlirlər və  sərgi telekommunikasiya və informasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətləri nümayiş etdirmək üçün yaxşı platformadır.

“Danışan kompüterlər, çiplər, mobil telefonlar, sosial şəbəkələr, ya da informasiya sistemlərinin yer aldığı sərgiyə böyük maraq var. Son illər Azərbaycanda yüksək texnologiyaların inkişafı üzrə  kosmik sənaye dövrü başlayıb” – deyə əlavə edən müəllif daha sonra Azərbaycanın ilk peyk operatoru  "Azərkosmos"un stendinə yaxınlaşaraq müəssisənin  2010-cu ildə yaradıldığını  və ötən il ilk milli peyk olan  “Azerspace I”-in kosmosa  göndərildiyini qeyd edib.  

O, daha sonra bildirib ki, sərgi çərçivəsində Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində bu ilin iyun ayında orbitə çıxarılmış və yeni adı "Azersky" olacaq "Spot 7" yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki "Azərkosmos" ASC və Fransanın "Airbus Defence and Space" şirkəti arasında imzalanmış müqaviləyə əsasən "Azərkosmos" ASC-yə təhvil verildi.
 
İmzalanma mərasimindən kadrların verildiyi süjetdə Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevdən sitat gətirilir;

 "Bu peyk toplusu Yer səthinin məsafədən müşahidəsi üçün istifadə olunan tətbiqlərə geniş imkanlar yaradır və ən yeni peyk görüntülərini indiyə qədər mümkün olmayan cəldliklə əldə etmək imkanı verir. "Azersky" və "SPOT 6" peyk toplusu bir gün ərzində 6 milyon kilometr ərazinin şəklini çəkə bilir. Bu, o deməkdir ki, Yer kürəsinin hər bir nöqtəsi hər gün "Azersky" və "SPOT 6" peykləri tərəfindən yüksək ayırdetmədə müşahidə oluna bilər. Bütün bunlar Azərbaycanın mövqelərini peyk xidmətləri göstərən azsaylı ölkələr arasında daha da möhkəmləndirəcək".
 
 "Airbus Defence and Space" şirkətinin rəsmisi Bruno Bertolini müşahidə peykinin fəaliyyətindən danışaraq qeyd edir ki:

 "Bu peyklər Azərbaycan və Qafqazda olan firmaları gündəlik kadrlarla təmin edəcək. Xəritələndirmə və ekoloji dəyişikliklərlə bağlı məsələlərin həllində istiqamət verəcək, ekoloji risklərin başa düşülməsini təmin edəcək. Neft və aqronomik şirkətlərə planlaşdırma etmək imkanı təqdim edəcək və kosmosdan görüntülərlə bölgədəki coğrafi dəyişikliklərdən xəbərdar edəcək".
 
Süjetdə daha sonra qeyd olunur ki,  “Bakutel 2014” sərgisində 23 ölkədən 250 şirkət iştirak edib və ən son texnoloji yeniliklərini təqdim edib.  “Sərgidə yer alan Yüksək Texnologiyalar Park yeni müəssisələrə texnoloji cəhdləri nümayiş etdirmə fürsəti verdi.
 
Müəllif vurğulayır ki, “Bakutel” sərgisi təkcə ziyarət və ekskursiya deyil, həm də danışıqların aparılması və müqavilələrin imzalanması üçün əlverişli platformadır. Çoxsaylı iştirakçıların ümid etdiyi kimi, bu amil gələcək uğurların da bünövrəsini qoyur.
 




Baxış sayı: 1139

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024