Tarix:09/12/14
AMEA-dan qeyd edilib ki, seminarı giriş sözü ilə açan A.Namazov elmi-praktiki tədbirin məqsədinin milli innovasiya sisteminin formalaşması və idarə olunması istiqamətində beynəlxalq təcrübə mübadiləsi aparmaq, onun alt sistemlərinin icrası ilə əlaqədar görülən işləri, zəruri məsələləri nəzərə çatdırmaq olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkəmizdə innovasiya fəaliyyətinin inkişaf etdirilməsinin metodoloji əsaslarının müasir şəraitə uyğunlaşdırılmasına, innovasiyalara əsaslanan yeni iqtisadi inkişaf mexanizmlərinin işlənməsinə ehtiyac var.
Alim qeyd edib ki, rəhbərlik etdiyi mərkəz tərəfindən “Azərbaycan Respublikasının innovasiya siyasəti konsepsiyası”, “Milli innovasiya sisteminin formalaşması və inkişafı proqramı”, " Azərbaycan Respublikasında innovasiya fəaliyyətinə dövlət dəstəyi və tənzimlənməsi haqqında qanun” layihələri hazırlanıb, AMEA Rəyasət Heyəti tərəfindən müvafiq qiymət verilməklə, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edilib.
Daha sonra professor Fərman Qasımov “Elmi-tədqiqat və tədris müəssisələrinin innovasiya aktivliyinin qiymətləndirilməsi”, professor Təbriz Əliyev “Sənayedə innovasiyaların tətbiqi proqramının işlənilməsinin metodiki aspektləri”, biologiya üzrə fəlsəfə doktoru Təmraz Təmrazov “Azərbaycanda innovasiya texnologiyalarının vəziyyəti” mövzusunda məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, respublika elmi-praktiki seminarında innovasiya sahəsində çalışan alim və mütəxəssislər, respublika nazirlikləri və komitələrinin nümayəndələri, ekspertlər iştirak ediblər.
Həqiqət İSABALAYEVA
MİS-in formalaşdırılması yeni biliklər, elmi innovasiya və yüksək texnologiyalara əsaslanan sənaye cəmiyyətinin qurulmasının ilkin mərhələsini təşkil edə bilər
Milli innovasiya sisteminin (MİS) formalaşdırılması yeni biliklər, elmi innovasiya və yüksək texnologiyalara əsaslanan iqtisadiyyat və sənaye cəmiyyətinin qurulmasının ilkin mərhələsini təşkil edə bilər. Bu fikri AMEA Elmi İnnovasiyalar Mərkəzinin (EİM) direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov EİM-in təşkilatçılığı ilə “Azərbaycanda milli innovasiya sisteminin formalaşması və inkişafı” mövzusunda keçirilən respublika elmi-praktiki seminarında bildirib.AMEA-dan qeyd edilib ki, seminarı giriş sözü ilə açan A.Namazov elmi-praktiki tədbirin məqsədinin milli innovasiya sisteminin formalaşması və idarə olunması istiqamətində beynəlxalq təcrübə mübadiləsi aparmaq, onun alt sistemlərinin icrası ilə əlaqədar görülən işləri, zəruri məsələləri nəzərə çatdırmaq olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkəmizdə innovasiya fəaliyyətinin inkişaf etdirilməsinin metodoloji əsaslarının müasir şəraitə uyğunlaşdırılmasına, innovasiyalara əsaslanan yeni iqtisadi inkişaf mexanizmlərinin işlənməsinə ehtiyac var.
Alim qeyd edib ki, rəhbərlik etdiyi mərkəz tərəfindən “Azərbaycan Respublikasının innovasiya siyasəti konsepsiyası”, “Milli innovasiya sisteminin formalaşması və inkişafı proqramı”, " Azərbaycan Respublikasında innovasiya fəaliyyətinə dövlət dəstəyi və tənzimlənməsi haqqında qanun” layihələri hazırlanıb, AMEA Rəyasət Heyəti tərəfindən müvafiq qiymət verilməklə, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edilib.
Daha sonra professor Fərman Qasımov “Elmi-tədqiqat və tədris müəssisələrinin innovasiya aktivliyinin qiymətləndirilməsi”, professor Təbriz Əliyev “Sənayedə innovasiyaların tətbiqi proqramının işlənilməsinin metodiki aspektləri”, biologiya üzrə fəlsəfə doktoru Təmraz Təmrazov “Azərbaycanda innovasiya texnologiyalarının vəziyyəti” mövzusunda məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, respublika elmi-praktiki seminarında innovasiya sahəsində çalışan alim və mütəxəssislər, respublika nazirlikləri və komitələrinin nümayəndələri, ekspertlər iştirak ediblər.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1151
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır