12px13px15px17px
Tarix:10/12/14

Dövlət İnformasiya Ehtiyatları və Fərdi Məlumatların İnformasiya Sistemləri Dövlət Reyestrlərinə 230 məlumat daxil olub

Dekabrın 1-nə qədər  bütün qurumlar üzrə Dövlət İnformasiya Ehtiyatları və Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət Reyestrlərinə 230 məlumat daxil edilib.

 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu  rəqəm “Elektron hökumət” bülleteninin dekabr buraxılışında qeyd olunub.
 
 
Məlumatlardan 78-i  Dövlət İnformasiya Ehtiyatları, 152-si isə Fərdi Məlumatların İnformasiya Sistemlərinin payına düşür.
 
 
Xatırladaq ki, dövlət reyestrləri “Elektron hökumət” sisteminin tərkib hissəsi hesab olunur və bu, “Elektron hökumət portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Azərbaycan Prezidentinin 5 fevral 2013-cü il tarixli Fərmanında da öz əksini tapıb.



Qeyd edək ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181-4-cü maddəsinə əsasən, fərdi məlumatlar haqqında qanunvericiliklə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə görə 300 manatdan 500 manatadək cərimə tətbiq edilir.
 
 
CAHANGİR



Baxış sayı: 991

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024