Tarix:10/12/14
Ümumilikdə, qeyd olunan ixtisaslar (kompüter mühəndisliyi, tarix, tarix müəllimliyi, coğrafiya, coğrafiya müəllimliyi, ibtidai sinif müəllimliyi, inşaat mühəndisliyi və nəqliyyat tikintisi) üzrə 100-120 tələbənin SABAH qruplarına əlavə yerləşdirilməsi nəzərdə tutulur. Onlar növbəti semestrdən etibarən təhsilini SABAH qruplarında davam etdirəcəklər.
Qeyd edək ki, hazırda bu qruplarda 688 tələbə təhsil alır. Onlar 33 ixtisas üzrə 7 ali təhsil müəssisəsinə yerləşdiriliblər. Tələbələrdən 200-ə yaxını SABAH yataqxanasında qalır. 2014-2015-ci tədris ili üzrə SABAH qruplarına qəbulun nəticələrinə görə, “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə 15, “Kompüter elmləri” ixtisası üzrə 30, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” üzrə 11, “Elektroenergetika mühəndisliyi” ixtisası üzrə 24, “Fizika müəllimliyi” ixtisası üzrə 22, “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə 12 nəfər qəbul olunub.
Həqiqət İSABALAYEVA
SABAH qruplarına kompüter mühəndisliyi ixtisası üzrə əlavə tələbə qəbulu keçiriləcək
SABAH (Savadlı, bacarıqlı, hazırlıqlı) qruplarına 8 ixtisas üzrə əlavə tələbə qəbulu keçiriləcək. Bu ixtisaslardan biri də kompüter mühəndisliyidir. Təhsil Nazirliyindən qeyd edilib ki, əlavə qəbula düşmək istəyən tələbələr müsahibədən keçməlidirlər. Müsahibəyə ötən 2 semestrdə 61-dən yuxarı bal toplayan və heç bir akademik kəsiri olmayan II kurs tələbələri buraxılacaq.Ümumilikdə, qeyd olunan ixtisaslar (kompüter mühəndisliyi, tarix, tarix müəllimliyi, coğrafiya, coğrafiya müəllimliyi, ibtidai sinif müəllimliyi, inşaat mühəndisliyi və nəqliyyat tikintisi) üzrə 100-120 tələbənin SABAH qruplarına əlavə yerləşdirilməsi nəzərdə tutulur. Onlar növbəti semestrdən etibarən təhsilini SABAH qruplarında davam etdirəcəklər.
Qeyd edək ki, hazırda bu qruplarda 688 tələbə təhsil alır. Onlar 33 ixtisas üzrə 7 ali təhsil müəssisəsinə yerləşdiriliblər. Tələbələrdən 200-ə yaxını SABAH yataqxanasında qalır. 2014-2015-ci tədris ili üzrə SABAH qruplarına qəbulun nəticələrinə görə, “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə 15, “Kompüter elmləri” ixtisası üzrə 30, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” üzrə 11, “Elektroenergetika mühəndisliyi” ixtisası üzrə 24, “Fizika müəllimliyi” ixtisası üzrə 22, “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə 12 nəfər qəbul olunub.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 782
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır