Tarix:12/12/14
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Berners-Li deyib ki, internet ABŞ Dövlət Fondunun köməyi ilə ixtira edilib, ancaq akademik mühitin sayəsində inkişaf edib.
"Öz universitetlərini informasiya mübadiləsinə qoşan insanlar akademik mühitə məxsus olub. Ona görə demək olar ki, layihə xoşniyyətli, ağıllı insanların sayəsində inkişaf edib" – o deyib.
Bu ilin aprelində Putin Peterburqda keçirilmiş mediaforum iclasında deyib ki, internet MKİ-nin layihəsi kimi yaradılıb. Bütün məlumatlar ABŞ-da yerləşmiş serverlərdən keçir və nəzarət edilir.
Tim Berners-Li “Ümumdünya Hörümçək Toru”nun (World Wide Web — WWW) konsepsiyasının yaradıcısı kimi tanınan britaniyalı alimdir. Layihə 1989-cu ildə CERN tərəfindən təqdim edilib. Berners-Li, həmçinin “URL” identifikatoru, “HTTP” protokolu və “HTML” dilinin ixtirasında iştirak edib. 2003-cü ildə şahzadə İkinci Yelizaveta tərəfindən xidmətlərinə görə cəngavər tituluna layiq görülüb.
Emil Hüseynov
İnternetin yaradıcısı təkzib etdi
“Ümumdünya Hörümçək Toru”nun (World Wide Web – WWW) konsepsiyasının ixtiraçısı Tim Berners Li deyib ki, Rusiya prezidenti Vladimir Putin interneti Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) xüsusi layihəsi hesab etməkdə səhvə yol verib. O, bu haqda “Reuters” agentliyinə bildirib."ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Berners-Li deyib ki, internet ABŞ Dövlət Fondunun köməyi ilə ixtira edilib, ancaq akademik mühitin sayəsində inkişaf edib.
"Öz universitetlərini informasiya mübadiləsinə qoşan insanlar akademik mühitə məxsus olub. Ona görə demək olar ki, layihə xoşniyyətli, ağıllı insanların sayəsində inkişaf edib" – o deyib.
Bu ilin aprelində Putin Peterburqda keçirilmiş mediaforum iclasında deyib ki, internet MKİ-nin layihəsi kimi yaradılıb. Bütün məlumatlar ABŞ-da yerləşmiş serverlərdən keçir və nəzarət edilir.
Tim Berners-Li “Ümumdünya Hörümçək Toru”nun (World Wide Web — WWW) konsepsiyasının yaradıcısı kimi tanınan britaniyalı alimdir. Layihə 1989-cu ildə CERN tərəfindən təqdim edilib. Berners-Li, həmçinin “URL” identifikatoru, “HTTP” protokolu və “HTML” dilinin ixtirasında iştirak edib. 2003-cü ildə şahzadə İkinci Yelizaveta tərəfindən xidmətlərinə görə cəngavər tituluna layiq görülüb.
Emil Hüseynov
Baxış sayı: 745
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib