Tarix:12/12/14
İxtisarların şirkətin əsas bölməsinin – ticarət bölməsinin əməkdaşlarına şamil ediləcəyi bildirilir. Qeyd olunur ki, şirkət 3 min əməkdaşı və ya “eBay” işçi heyətinin 10 faizini işdən çıxarmağı düşünür.
Yenidən təşkil olunacaq “eBay” şirkətinə “eBay Marketpalce” onlayn çatdırılma bölməsinin prezidenti Devin Ueniq, “PayPal” ödəniş sisteminə “American Express” şirkətinin top-meneceri Den Şulman başçılıq edəcək. Direktorlar Şurası üzvlərinin fikrincə, “eBay”ın bölünməsi şirkətlərə diqqəti öz bizneslərinə yönəltməyə və qərarlar qəbul edilən zaman daha çevik olmağa imkan verəcək.
Şirkətin məlumatına görə, son 12 ayda “eBay”ın mədaxili 9,9 milyard dollar, “PayPal”ın 7,2 milyard dollar təşkil edib.
Bir müddət əvvəl “eBay”ın bölünməsini şirkətin səhmdarı Karl Aykan təkid edib. O, 2014-cü ilin sonunda “eBay”ın bölünməsini təklif edərək "PayPal” ödəniş sisteminin ayrıca struktur kimi fəaliyyət göstərməsini istəyib. Lakin Direktorlar Şurasının sədri Pyer Omidyar bu təklifin əleyhinə çıxıb. 2014-cü ilin aprelində K.Aykan təklifini geri götürüb.
Qeyd edək ki, “eBay” internet mağazası 1995-ci ildə proqramçı Pyer Omidyar tərəfindən yaradılıb. Mağazada qeydiyyatdan keçmiş istənilən istifadəçi alış-veriş edə bilər. “eBay”da brend şirkətlər də öz mallarını sata bilərlər. Onlar tərəfindən satışa çıxarılan malları adi istifadəçi lotları arasında tapmaq mümkündür. Əvvəllər “eBay”da nəhəng marka və şirkətlər tərəfindən malların birbaşa satılması üçün nəzərdə tutulan ayrıca “brands.ebay.com” bölməsi fəaliyyət göstərib. Bölmə indiyədək aktiv olsa da, orada yerləşdirilən kateqoriyaların əksəriyyəti boşdur.
Şirkət həmçinin “PayPal” və “Ebay Enterprise” şirkətlərinin sahibidir. Direktorlar Şurasının qərarına görə, 2015-ci ildə “eBay” “PayPal” sistemini ayrıca şirkətə ayıracaq. Sazişin maliyyə məsləhətçisi qismində "Goldman Sachs”, “Allen & Company” çıxış edir, - “TASS” yazır.
“eBay” 2015-ci ildə 3 min əməkdaşı ixtisar edəcək
ABŞ-ın “eBay” internet mağazası gələn ilin əvvəlində "PayPal” ödəniş sisteminin ayrıca hüquqi şəxsə ayrılması çərçivəsində bir neçə min iş yerini ixtisar etməyi planlaşdırır.İxtisarların şirkətin əsas bölməsinin – ticarət bölməsinin əməkdaşlarına şamil ediləcəyi bildirilir. Qeyd olunur ki, şirkət 3 min əməkdaşı və ya “eBay” işçi heyətinin 10 faizini işdən çıxarmağı düşünür.
Yenidən təşkil olunacaq “eBay” şirkətinə “eBay Marketpalce” onlayn çatdırılma bölməsinin prezidenti Devin Ueniq, “PayPal” ödəniş sisteminə “American Express” şirkətinin top-meneceri Den Şulman başçılıq edəcək. Direktorlar Şurası üzvlərinin fikrincə, “eBay”ın bölünməsi şirkətlərə diqqəti öz bizneslərinə yönəltməyə və qərarlar qəbul edilən zaman daha çevik olmağa imkan verəcək.
Şirkətin məlumatına görə, son 12 ayda “eBay”ın mədaxili 9,9 milyard dollar, “PayPal”ın 7,2 milyard dollar təşkil edib.
Bir müddət əvvəl “eBay”ın bölünməsini şirkətin səhmdarı Karl Aykan təkid edib. O, 2014-cü ilin sonunda “eBay”ın bölünməsini təklif edərək "PayPal” ödəniş sisteminin ayrıca struktur kimi fəaliyyət göstərməsini istəyib. Lakin Direktorlar Şurasının sədri Pyer Omidyar bu təklifin əleyhinə çıxıb. 2014-cü ilin aprelində K.Aykan təklifini geri götürüb.
Qeyd edək ki, “eBay” internet mağazası 1995-ci ildə proqramçı Pyer Omidyar tərəfindən yaradılıb. Mağazada qeydiyyatdan keçmiş istənilən istifadəçi alış-veriş edə bilər. “eBay”da brend şirkətlər də öz mallarını sata bilərlər. Onlar tərəfindən satışa çıxarılan malları adi istifadəçi lotları arasında tapmaq mümkündür. Əvvəllər “eBay”da nəhəng marka və şirkətlər tərəfindən malların birbaşa satılması üçün nəzərdə tutulan ayrıca “brands.ebay.com” bölməsi fəaliyyət göstərib. Bölmə indiyədək aktiv olsa da, orada yerləşdirilən kateqoriyaların əksəriyyəti boşdur.
Şirkət həmçinin “PayPal” və “Ebay Enterprise” şirkətlərinin sahibidir. Direktorlar Şurasının qərarına görə, 2015-ci ildə “eBay” “PayPal” sistemini ayrıca şirkətə ayıracaq. Sazişin maliyyə məsləhətçisi qismində "Goldman Sachs”, “Allen & Company” çıxış edir, - “TASS” yazır.
Baxış sayı: 834
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib