12px13px15px17px
Tarix:12/12/14

Braziliyada mobil ödənişlərdən istifadə genişlənir

Braziliya dünyada sürətli inkişaf edən ödəniş bazarlarından və Cənubi Amerikada aparıcı bank kartları bazarından biridir. Regionda aparılan elektron ticarət əməliyyatlarının 70 faizi Braziliyanın payına düşür. Hazırda isə ölkə mobil ödənişlərin inkişafına töhfə verir.
 
Braziliyada mobil telefonların sayı ölkə əhalisinin sayından çoxdur (199 milyon əhali ilə 272,4 milyon telefon). Beləliklə, Braziliya dünyada mobil bazarın həcminə görə dördüncü bazardır. Bununla yanaşı, ölkənin yaşlı əhalisinin təxminən yarısı – 65 milyonu bank xidmətlərindən istifadə etmir.
 
Braziliya mobil ödənişlər sahəsində həm mobil rabitə operatorları, həm də ödəniş xidmətləri provayderləri arasında rəqabəti təşviq edən yeni hüquqi tənzimləməni həyata keçirməyə başlayıb. Belə ki, ölkədə bütün oyunçuların birgə fəaliyyət sistemi yaradılır. Burada bütün yığımlara və komissiyalara nəzarət Mərkəzi Bank tərəfindən ediləcək, həmçinin “NFC” və kontaktsız ödənişlərə böyük diqqət yetiriləcək.
 
2013-cü ildə Braziliyada smartfonların sayı ilk dəfə mobil telefonların sayını ötüb. Öz növbəsində “Visa” şirkəti 2016-cı il Olimpiya Oyunları üçün kontaktsız ödənişlərin tətbiq ediləcəyini bəyan edib. Mobil operatorları, ödəniş sistemlərini və hökuməti birləşdirən yeni təşəbbüslə mobil ödənişlər artıq yaxın illərdə sürətli artım nümayiş etdirməklə yanaşı, Braziliya bazarında digər ödəniş üsullarını geridə qoya bilər, - "Payspace” yazır.



Baxış sayı: 628

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024