12px13px15px17px
Tarix:13/12/14

“Facebook” öz saytında “Bing” axtarış sistemindən istifadəni dayandırıb

Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” öz saytında “Microsoft Bing” axtarış sistemindən istifadəni dayandırıb. Bu haqda “Facebook” nümayəndələrinə istinadən “Reuters” agentliyi məlumat yayıb.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Facebook”da indiyə qədər iki axtarış sistemi işləyib. Veb-məzmun üzrə axtarış “Bing” sisteminə əsaslanıb, “sosial axtarış” isə “Facebook Graph Search” sisteminin hesabına işləyib.
 
Ancaq hazırda “Facebook” saytda axtarış funksiyasının reallaşdırılması üzrə yanaşmasına yenidən baxıb.
 
"Biz hazırda “Facebook” axtarış sistemində edilmiş sorğular əsasında veb-məzmun üzrə axtarış nəticələrini göstərmirik, çünki əsas məqsədimiz insanlara sosial şəbəkədə mübadilə edilən informasiyanı tapmaqda kömək etməkdir. Biz “Microsoft”la bir çox sahələrdə əməkdaşlığa davam edəcəyik" – sosial şəbəkənin nümayəndəsi deyib. “Microsoft” bu informasiyanı şərh etverməyib.
 
“Statcounter” xidmətinin məlumatına görə, “Bing” populyarlığına görə dünyanın ikinci axtarış sistemidir. Ancaq 4,4 faiz bazar payına malik “Microsoft”un axtarış sistemi “Google”dan çox geri qalıb.
 
Emil Hüseynov
 



Baxış sayı: 970

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024