Tarix:13/12/14
Hazırda mütəxəssislər lazımi hazırlıq sınaqlarını həyata keçirirlər. İkiillik fasilədən sonra dünyanın nəhəng elementar hissəciklər sürətləndiricisini mütləq mənfidən yuxarı 1,9 dərəcəyədək soyudacaq kriosistemlər işə salınıb. Dekabrın 9-da sürətləndirici dairəsinin səkkizdə bir hissəsinin maqnitləri 6,5 trilyon elektronvoltluq işçi enerjisinə nail olmaq üçün lazım olan səviyyəyə çatdırılıb.
İş planına əsasən, BAK-da tədqiqatlara 2015-ci ilin martında yenidən başlanacaq. Qurğunun enerji səviyyəsi 2012-ci ildə ilk dəfə işə salınandan iki dəfə çox olacaq. Sınaqlar zamanı sürətləndiriciyə qarşılıqlı proton dəstələri buraxılacaq ki, onların da toqquşma enerjisi 13 teraelektronvolta çatacaq. Bu səviyyəyə əvvəllər dünyanın heç bir sürətləndiricində nail olunmayıb.
“Yeni enerji səviyyəsinin köməyi ilə BAK həm fizika, həm də gələcək kəşflər üçün yeni üfüqlər açacaq. Mən təbiətin bizim üçün nə hazırlamasını səbirsizliklə gözləyirəm”, - “CERN”-nin baş direktoru Rolf Hoyer deyib.
İkiillik modernləşmənin məqsədi BAK maqnitləri arasında yerləşən 10 min 170 yüksəkvoltlu kabel birləşməsinin yoxlanılması və dəyişdirilməsi üçün lazım olub. Bu birləşmələrdə nasazlıq 2008-ci ilin sentyabrında BAK-ın işinin dayandırılmasına səbəb olub.
Qeyd edək ki, vəzifəsi Hiqqs bozonunun axtarışından ibarət olan Böyük Adron Kollayderi – yüksək enerjili elementar hissəciklərin (sinfinə protonların da aid olduğu adronlar) sürətləndirilməsi, yığılması və toqquşması (collide ingilis dilində toqquşma deməkdir) üçün nəzərdə tutulmuş dünyanın ən iri qurğusudur.
Qurğu Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) rəhbərliyi ilə İsveçrə və Fransa sərhədində (Cenevrə şəhəri) inşa olunub,- "Lenta” yazır.
Böyük Adron Kollayderi yenidən işə salınacaq
Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) Böyük Adron Kollayderini (BAK) ikinci üçillik tədqiqat mərhələsinə hazırlayır. Bu barədə dekabrın 12-də “CERN” Şurasının sessiyasında elan edilib.Hazırda mütəxəssislər lazımi hazırlıq sınaqlarını həyata keçirirlər. İkiillik fasilədən sonra dünyanın nəhəng elementar hissəciklər sürətləndiricisini mütləq mənfidən yuxarı 1,9 dərəcəyədək soyudacaq kriosistemlər işə salınıb. Dekabrın 9-da sürətləndirici dairəsinin səkkizdə bir hissəsinin maqnitləri 6,5 trilyon elektronvoltluq işçi enerjisinə nail olmaq üçün lazım olan səviyyəyə çatdırılıb.
İş planına əsasən, BAK-da tədqiqatlara 2015-ci ilin martında yenidən başlanacaq. Qurğunun enerji səviyyəsi 2012-ci ildə ilk dəfə işə salınandan iki dəfə çox olacaq. Sınaqlar zamanı sürətləndiriciyə qarşılıqlı proton dəstələri buraxılacaq ki, onların da toqquşma enerjisi 13 teraelektronvolta çatacaq. Bu səviyyəyə əvvəllər dünyanın heç bir sürətləndiricində nail olunmayıb.
“Yeni enerji səviyyəsinin köməyi ilə BAK həm fizika, həm də gələcək kəşflər üçün yeni üfüqlər açacaq. Mən təbiətin bizim üçün nə hazırlamasını səbirsizliklə gözləyirəm”, - “CERN”-nin baş direktoru Rolf Hoyer deyib.
İkiillik modernləşmənin məqsədi BAK maqnitləri arasında yerləşən 10 min 170 yüksəkvoltlu kabel birləşməsinin yoxlanılması və dəyişdirilməsi üçün lazım olub. Bu birləşmələrdə nasazlıq 2008-ci ilin sentyabrında BAK-ın işinin dayandırılmasına səbəb olub.
Qeyd edək ki, vəzifəsi Hiqqs bozonunun axtarışından ibarət olan Böyük Adron Kollayderi – yüksək enerjili elementar hissəciklərin (sinfinə protonların da aid olduğu adronlar) sürətləndirilməsi, yığılması və toqquşması (collide ingilis dilində toqquşma deməkdir) üçün nəzərdə tutulmuş dünyanın ən iri qurğusudur.
Qurğu Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) rəhbərliyi ilə İsveçrə və Fransa sərhədində (Cenevrə şəhəri) inşa olunub,- "Lenta” yazır.
Baxış sayı: 937
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır