Tarix:13/12/14
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, şirkətin baş müştəri xidmətləri direktoru Selda Kokmaz Bostancıoğlu bildirib ki, artıq mobil rabitə xidmətləri müştərilərinin operatorların onlara göstərdiyi xidmətlərə yanaşması kökündən dəyişib.
“Mobil rabitə müştəriləri fərqlidir, onların arasında iş adamları, evdar xanımlar, ahıllar, uşaqlar və gənclər var. Əvvəllər istifadəçi aşağı qiymətə keyfiyyətli xidmət almaq istəyirdisə, indi artıq onların mobil rabitəyə yanaşması dəyişib. İstifadəçilər mobil telefon, smartfon vasitəsi ilə kommunal ödənişlər etmək, bank hesabını idarə etmək, xidmət sifariş etmək, evdə tək qoyduqları uşağa nəzarət etmək və s. realda gördükləri işləri virtual şəkildə həyata keçirmək istəyirlər. Bizim bir operator kimi işimiz isə müştərilərimizin məmnuniyyətini təmin etməkdir. Əsasən müştərilər hər yerdə və istənilən vaxt mobil rabitədən istifadə etmək, öz balanslarını artırmaq, bütün bunların öz maliyyə imkanlarına uyğun gəlməsini istəyirlər və operatorun reklam kampaniyasında söz verdiyi bütün bonus və əlavə imkanlardan yararlanmaq istəyirlər və burada onlar haqlıdırlar”, - deyə “Bakcell”in nümayəndəsi qeyd edib.
Selda Kokmaz Bostancıoğlu onu da qeyd edib ki, şirkətin keçirdiyi araşdırmaların nəticələri göstərib ki, Çağrı mərkəzinin əsas fəaliyyəti şikayətləri həll etmək deyil, məlumatlandırmadan ibarətdir.
“Hazırda müştərilərin əksər hissəsi “Bakcell” şirkətinin çağrılara cavab vermə sürətindən məmnundur, Məqsədimiz abunəçilərimizə ən yüksək səviyyədə xidmət etməklə onların məmnun qalmasına nail olmaqdır”,- deyə “Bakcell”in rəhbər işçisi bildirib.
Aynur Vəliyeva
“Bakcell” şirkəti onlayn müştəri xidmətlərinin tətbiqinə başlayacaq
“Bakcell” şirkəti gələn ildən etibarən artıq onlayn müştəri xidmətlərinin tətbiqinə başlayacaq.“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, şirkətin baş müştəri xidmətləri direktoru Selda Kokmaz Bostancıoğlu bildirib ki, artıq mobil rabitə xidmətləri müştərilərinin operatorların onlara göstərdiyi xidmətlərə yanaşması kökündən dəyişib.
“Mobil rabitə müştəriləri fərqlidir, onların arasında iş adamları, evdar xanımlar, ahıllar, uşaqlar və gənclər var. Əvvəllər istifadəçi aşağı qiymətə keyfiyyətli xidmət almaq istəyirdisə, indi artıq onların mobil rabitəyə yanaşması dəyişib. İstifadəçilər mobil telefon, smartfon vasitəsi ilə kommunal ödənişlər etmək, bank hesabını idarə etmək, xidmət sifariş etmək, evdə tək qoyduqları uşağa nəzarət etmək və s. realda gördükləri işləri virtual şəkildə həyata keçirmək istəyirlər. Bizim bir operator kimi işimiz isə müştərilərimizin məmnuniyyətini təmin etməkdir. Əsasən müştərilər hər yerdə və istənilən vaxt mobil rabitədən istifadə etmək, öz balanslarını artırmaq, bütün bunların öz maliyyə imkanlarına uyğun gəlməsini istəyirlər və operatorun reklam kampaniyasında söz verdiyi bütün bonus və əlavə imkanlardan yararlanmaq istəyirlər və burada onlar haqlıdırlar”, - deyə “Bakcell”in nümayəndəsi qeyd edib.
Selda Kokmaz Bostancıoğlu onu da qeyd edib ki, şirkətin keçirdiyi araşdırmaların nəticələri göstərib ki, Çağrı mərkəzinin əsas fəaliyyəti şikayətləri həll etmək deyil, məlumatlandırmadan ibarətdir.
“Hazırda müştərilərin əksər hissəsi “Bakcell” şirkətinin çağrılara cavab vermə sürətindən məmnundur, Məqsədimiz abunəçilərimizə ən yüksək səviyyədə xidmət etməklə onların məmnun qalmasına nail olmaqdır”,- deyə “Bakcell”in rəhbər işçisi bildirib.
Aynur Vəliyeva
Baxış sayı: 789
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır