Tarix:15/12/14
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, sentyabrın 30-da başa çatmış hesabat dövründə “Microsoft” tam şəkildə “Nokia”nın biznesini öz strukturuna birləşdirib. Bununla yanaşı, son bir ildə şirkətin “Azure” proqram təminatının satış həcmləri iki dəfə artıb.
“Microsoft”un iyun-sentyabr ayları ərzində gəliri gözlənilən 22 milyarda qarşı 25% artaraq 23,2 milyard dollara çatıb.
Ekspertlərin rəyinə əsasən, yaxın iki rüb ərzində “Microsoft”un bulud biznesi daha da genişlənəcək.
“Microsoft” hesabatının daha bir maraqlı tendensiyası “Surface” planşetləri ilə bağlı olub. Onların satışından əldə edilən gəlirlərin həcmi 908 milyon dollar təşkil edib.
Rüblük hesabat nəşr edildikdən sonra “Microsoft” səhmlərinin qiyməti 4,6% artaraq 45,02 dollar təşkil edib. Məlumat üçün bildirək ki, son bir ildə isə şirkətin səhmlərinin qiyməti ümumilikdə 20% artıb.
“Microsoft”un hesabat dövründə xalis gəlir həcmi 4,54 milyard dollar və ya hər bir səhmə görə 54 sent təşkil edib.
Şirkətin icraçı direktoru Satya Nadellanın sözlərinə görə, “Nokia”nı 5,44 milyard avroya satın aldıqdan sonra, aktiv olaraq xərcləri azaldıblar.
Şirkətin istehsal etdiyi smartfonların satış həcmləri isə 2,1 milyard dollara qarşı 2,61 milyard dollar təşkil edib.
Aynur Vəliyeva
“Microsoft” hesabat verib
“Microsoft” korporasiyasının son rüb üzrə göstəriciləri proqram təminatının, məlumatların və əlavə proqramların bulud hostinqi xidmətlərinin satış həcminin artımı fonunda proqnozdan çox olub.“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, sentyabrın 30-da başa çatmış hesabat dövründə “Microsoft” tam şəkildə “Nokia”nın biznesini öz strukturuna birləşdirib. Bununla yanaşı, son bir ildə şirkətin “Azure” proqram təminatının satış həcmləri iki dəfə artıb.
“Microsoft”un iyun-sentyabr ayları ərzində gəliri gözlənilən 22 milyarda qarşı 25% artaraq 23,2 milyard dollara çatıb.
Ekspertlərin rəyinə əsasən, yaxın iki rüb ərzində “Microsoft”un bulud biznesi daha da genişlənəcək.
“Microsoft” hesabatının daha bir maraqlı tendensiyası “Surface” planşetləri ilə bağlı olub. Onların satışından əldə edilən gəlirlərin həcmi 908 milyon dollar təşkil edib.
Rüblük hesabat nəşr edildikdən sonra “Microsoft” səhmlərinin qiyməti 4,6% artaraq 45,02 dollar təşkil edib. Məlumat üçün bildirək ki, son bir ildə isə şirkətin səhmlərinin qiyməti ümumilikdə 20% artıb.
“Microsoft”un hesabat dövründə xalis gəlir həcmi 4,54 milyard dollar və ya hər bir səhmə görə 54 sent təşkil edib.
Şirkətin icraçı direktoru Satya Nadellanın sözlərinə görə, “Nokia”nı 5,44 milyard avroya satın aldıqdan sonra, aktiv olaraq xərcləri azaldıblar.
Şirkətin istehsal etdiyi smartfonların satış həcmləri isə 2,1 milyard dollara qarşı 2,61 milyard dollar təşkil edib.
Aynur Vəliyeva
Baxış sayı: 849
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır