12px13px15px17px
Tarix:16/12/14

“MilliKart” Mobil Nömrə Daşınması xidməti ilə bağlı yeni funksiya işə salıb

“MilliKart Group” “SMS Banking” xidmətinə kart istifadəçilərinin əməliyyatları haqqında dərhal SMS-xəbərdarlıqları almaları üçün Mobil Nömrə Daşınması ilə əlaqədar yeni funksional əlavə edib.
 
 
Kart sahibləri bir neçə sadə əməliyyat ilə nömrələrinin daşınması haqqında məlumat verə bilərlər. 
 
 
Belə ki, CHANGE <mobil_number> <operator> mesajı göndərməklə müştərinin sistemdə qeyd olunan mobil nömrəsini <mobil_number>-a və bu nömrəyə bağlı olan kartlar siyahısındakı birinci kart üçün operatoru <operator>-a dəyişmək mümkündür (məs. change +99450xxxxxxx Bakcell).
 
 
Bundan əlavə, CHANGE <card_no> <mobil_no> <operator> mesajı göndərməklə müştərinin <card_no> kartı üçün mobil nömrəni <mobil_number>-a və operatoru <operator>-a dəyişmək olar (məs. change xxxx +99450xxxxxxx Nar Mobile). 



Məlumat üçün bildirək ki, <operator> parametri “Azercell”, “Bakcell” və ya “Nar Mobile”, <card_no> parametri isə kartın son 4 rəqəmini bildirir.
 
 
Qeyd edək ki, eyni zamanda banklar veb interfeysdə (http://smsbank:7080) CHANNEL_ID parametri ilə müştərinin mobil nömrəsini aid olduğu operatora dəyişdirə bilər.
 
 
CAHANGİR



Baxış sayı: 682

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024