Tarix:16/12/14
Bu fikri AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) direktoru, AMEA-nın akademik katibi Rasim Əliquliyev İTİ-də keçirilən Dissertasiya Şurasının növbəti iclasında bildirib.
İnstitutdan verilən məlumata görə, alim domen adları sisteminin serverlərində yığılan domen adları haqqında informasiya resurslarının elmi-analitik təhlilinin aparılmasının zəruriliyini diqqətə çatdırıb, eyni zamanda bu məlumatlardan səmərəli istifadə etmək üçün milli domen adlarının intellektual monitorinqi sisteminin yaradılmasına ehtiyac yarandığını söyləyib:
“Azərbaycan Respublikasının maraqları ilə bağlı milli domen adlarının real vəziyyəti onu göstərir ki, bəzi coğrafi adları, tarixi, mədəni və digər dəyərləri özündə əks etdirən milli domen adları xarici ölkələrdə yaşayan vətəndaşlar tərəfindən müxtəlif məqsədlər üçün qeydiyyatdan keçirilir. Bu səbəblərdən Azərbaycan Respublikasının maraqları ilə bağlı böyük həcmə malik milli domen adlarını intellektual analiz edərək, onlarla bağlı vəziyyəti qiymətləndirmək və strateji qərarlar qəbul etmək aktual məsələ kimi qarşıya çıxır”.
Qeyd edək ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunda ilk dəfə olaraq DNS serverlərdəki qeydiyyat məlumatlarının intellektual analizinə imkan verən metod və alqoritmlər işlənib.
Həqiqət İSABALAYEVA
AMEA-nın akademik katibi: “Milli domen adlarının intellektual monitorinqi sisteminin yaradılmasına ehtiyac yaranıb”
Müasir dövrdə Azərbaycanın maraqlarını tək real məkanda deyil, virtual məkanda da qorumaq zərurəti yaranıb. Son illər yüksəksəviyyəli domenlərin kütləvi meydana gəlməsi və çox sürətlə artımı, eyni zamanda korporativ informasiya sistemləri, veb saytlar, portalların yaradılması, domen adları sahəsində bir çox problemlərin yaranmasına səbəb olub.Bu fikri AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) direktoru, AMEA-nın akademik katibi Rasim Əliquliyev İTİ-də keçirilən Dissertasiya Şurasının növbəti iclasında bildirib.
İnstitutdan verilən məlumata görə, alim domen adları sisteminin serverlərində yığılan domen adları haqqında informasiya resurslarının elmi-analitik təhlilinin aparılmasının zəruriliyini diqqətə çatdırıb, eyni zamanda bu məlumatlardan səmərəli istifadə etmək üçün milli domen adlarının intellektual monitorinqi sisteminin yaradılmasına ehtiyac yarandığını söyləyib:
“Azərbaycan Respublikasının maraqları ilə bağlı milli domen adlarının real vəziyyəti onu göstərir ki, bəzi coğrafi adları, tarixi, mədəni və digər dəyərləri özündə əks etdirən milli domen adları xarici ölkələrdə yaşayan vətəndaşlar tərəfindən müxtəlif məqsədlər üçün qeydiyyatdan keçirilir. Bu səbəblərdən Azərbaycan Respublikasının maraqları ilə bağlı böyük həcmə malik milli domen adlarını intellektual analiz edərək, onlarla bağlı vəziyyəti qiymətləndirmək və strateji qərarlar qəbul etmək aktual məsələ kimi qarşıya çıxır”.
Qeyd edək ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunda ilk dəfə olaraq DNS serverlərdəki qeydiyyat məlumatlarının intellektual analizinə imkan verən metod və alqoritmlər işlənib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 682
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır