12px13px15px17px
Tarix:16/12/14

Dünya Bankının nümayəndələri Azərbaycanda əmək və sosial müdafiə sahəsində yaradılan informasiya sistemləri ilə tanış olub

Dünya Bankının nümayəndələri Azərbaycanda əmək və sosial müdafiə sahəsində yaradılan informasiya sistemləri ilə tanış olub. Tanışlıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən görüş çərçivəsində baş tutub.
 
Nazirlikdən bildirilib ki, görüşdə nazir Səlim Müslümov cari ilin ötən dövründə ölkədə tətbiqinə başlanan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən söz açıb:
 
"Bu sistem işçi hüquqlarının təminatına çevik və obyektiv, səmərəli dövlət nəzarətinə imkan verib. Həmçinin bununla işçilərin sosial və gələcək layiqli pensiya təminatı üçün etibarlı hüquqi əsas formalaşıb. Bununla yanaşı, ünvanlı dövlət sosial yardımı üçün müraciətlərin qəbulu və yardımların təyinatının avtomatlaşdırılması, bu sahədə şəffaflığın təminatı üçün yeni sistem yaradılır".
 
 S.Müslümov əlillik təyinatında şəffaflığın təminatına nail olmaq üçün yeni yaradılan Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi barədə də məlumat verib: "Bu sistem əlillik müayinəsi ilə bağlı müvafiq qurumlar arasında məlumat mübadiləsinin elektron şəkildə aparılmasını və bu prosesdə məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsini nəzərdə tutur. Hazırda ölkəmizdə əlilliyin qiymətləndirilməsi sisteminin mütərəqqi beynəlxalq standartlardan irəli gələn sosial modelin tətbiqi əsasında yenidən qurulması işləri aparılır. Biz əlilliyin müəyyən olunması zamanı  hazırda mövcud olan tibbi yanaşmanı deyil, sosial yanaşmanı, yəni şəxsin fiziki və əqli məhdudluğunun təsir etmədiyi potensial əmək qabiliyyətinin və funksionallığının ölçülməsi meyarını tətbiq etməyi nəzərdə tuturuq. Bu da əlilliyi olan şəxslərin əmək potensialının və fəaliyyət qabiliyyətlərinin dəstəklənməsinə yönəlib".
 
 
Dünya Bankının (DB) sosial müdafiə və əmək təcrübəsi üzrə meneceri Endryu Mason  ölkəmizdə əmək və sosial müdafiə sahəsində aparılan islahatları yüksək dəyərləndirib. Bankın əlillik üzrə baş eksperti Aleksandra Posarak əlilliyin müəyyən olunması meyarlarının təkmilləşdirilməsində Azərbaycanın qabaqcıl dünya təcrübəsini öyrənməkdə olduğunu və bu mühüm işlərdə Dünya Bankı tərəfindən lazımi dəstəyin veriləcəyini bildirib.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 845

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024