12px13px15px17px
Tarix:16/12/14

“Huawei” şirkəti “Honor T1” planşetini təqdim edib

Çinin mobil qurğu və telekommunikasiya avadanlığı istehsalçısı “Huawei” şirkəti yeni “Honor T1” planşet kompüterini nümayiş etdirib. Aparatın əsas özəlliyi qiymət və mobil rabitə dəstəyidir.

“Huawei Honor T1” modeli 1280x800 piksel 8 düymlük ekran, 1.2 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 200” prosessoru ilə təchiz edilib. Cihaza “Android 4.3” əməliyyat sistemi quraşdırılıb.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, qurğu, həmçinin 1 QB əməli yaddaş, 8 QB tutumunda fləş daşıyıcı, 5 meqapiksellik əsas və 0,3 meqapiksellik ön kameralar, 4800 milliamper/saat tutumunda akkumulyator batareyası ilə təchiz edilib. İstehsalçılar bildirib ki, planşet videoçarxları izləyən zaman 8 saat və internetdə sörfinq zamanı 7 saat avtonom işləməyə imkan verir.

Aparatın ölçüləri 210,6x127,7x7,9 mm, çəkisi 360 qram təşkil edir. Yeni modeldə internetə çıxış üçün “Wi-Fi” modulundan, həmçinin “3G”-modemdən istifadə etmək olar. Sonuncunun köməyi ilə istifadəçilər, həmçinin mobil şəbəkələrdə səsli zəngləri edə biləcək.

“Huawei Honor T1” planşetinin qiyməti 130 avro təşkil edir.

Emil Hüseynov



Baxış sayı: 774

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024