12px13px15px17px
Tarix:16/12/14

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı 2015” Avropa Oyunlarında bir sıra texnoloji yeniliklərin tətbiq edilməsinə dəstək verir

“Bakı 2015” Avropa Oyunları infrastruktur və proqram təminatı üçün gələcəkdə bütün digər mötəbər idman tədbirlərində tətbiq oluna biləcək “Cloud” modelli texnologiyadan  istifadə edən ilk çoxşaxəli idman tədbiridir.

“Bakı 2015”-in bütün məkanlarını birləşdirəcək yeni fiber-optik şəbəkə Azərbaycan xalqının uzun müddət faydalanacağı əsas yeniliklərdən biridir.
 
Tədbirdə istifadə olunacaq  digər texnoloji  yeniliklərə gəlincə, ilk Avropa Oyunlarını gerçəkləşdirmək üçün məkandaxili 1000 km-dən çox kabel çəkilişini təmin etməklə yanaşı, həmin məkanlar arasında əlaqə yaratmaq məqsədilə 600 km-dən çox fiber-optik şəbəkədən istifadə olunacaq.
 
 Sözügedən tədbirlərin reallaşmasına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) dəstək göstərir.
 
 
Qeyd edək ki, “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi gələn il keçiriləcək ilk Avropa Oyunları ilə əlaqədar olaraq mətbuat nümayəndələrinin akkreditasiyası prosesini artıq açıq elan edib. Təşkilat Komitəsindən bildirilib ki, burada iştirak etmək istəyən mətbuat nümayəndələri ilk növbədə Mətbuat Ekstranetinə giriş üçün qeydiyyatdan keçməlidirlər:
 
 “Mətbuat nümayəndələrinin akkreditasiyadan keçməsi ilə bağlı qoyulan tələblər bütün mətbuat üzvlərinə tətbiq edilir. Yalnız, yayım hüququna malik televiziya və radio yayım şirkətlərinin mətbuat akkreditasiyası üçün müraciət etmələrinə ehtiyac yoxdur. Müraciət üçün son tarix 6 mart 2015-ci ildir və həmin tarixdən sonra ediləcək heç bir müraciət qəbul olunmayacaq”.
 
Mətbuat Ekstranetində akkreditasiyaya dair məlumatlardan əlavə, mətbuat nümayəndələri üçün oyunlar müddətində mövcud olacaq imkanlar və xidmətlər haqqında, eləcə də, şəkil və videolardan ibarət geniş media kitabxanasına giriş barəsində mühüm məlumatlar öz əksini tapıb. “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin sözlərinə görə, ilk Avropa Oyunları bütün dünyanın zövq alacağı möhtəşəm idman bayramı olacaq:
 
 “Artıq dünya mətbuatını rəsmi olaraq bura, Bakı şəhərinə dəvət etməyə çox şadıq. Oyunlarda iştirak etmək istəyən bütün mətbuat nümayəndələrini ən qısa zamanda akkreditasiya üçün müraciət etməyə çağırmaq istərdim”.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 475

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 İyun 2020

04/06/20
“SpaceX” qlobal internet layihəsi üçün əlavə 60 peyk orbitə çıxarıb

“Falcon 9” raketdaşıyıcısı “Starlink” qlobal internet layihəsi üçün əlavə 60 peyk orbitə

04/06/20
“Rəqəmli Qızlar – Milli Təlim Proqramı” çərçivəsində keçiriləcək onlayn təlimlərə qeydiyyat başlayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və YUNESKO-nun təşəbbüsü və dəstəyi, 

04/06/20
“Apple” şirkəti ABŞ-da etirazlar zamanı oğurlanmış “iPhone” smartfonlarını bloklayıb

“Apple” şirkəti ABŞ-da iğtişaşlar zamanı soyğunçular tərəfindən oğurlanmış smartfonları bloklayır. Bu haq

04/06/20
“Zoom” müxtəlif ölkələrin təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etmək niyyətini açıqlayıb

“Zoom” müxtəlif ölkələrdə təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etmək niyyətini açıqlayıb. Şirkətin əsas

04/06/20
Yeni “Nokia” televizoru nümayiş olunub

Bu gün 43 düym diaqonallı yeni “Nokia Smart TV” modelinin təqdimatı keçirilib.

04/06/20
“Lenovo Chromebook Flex 3i” noutbukunun ekranı 360 dərəcə dönür

“Lenovo” şirkəti “Chrome OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Chromebook Flex 3i” adlı

04/06/20
“Samsung” şirkəti “5G” dəstəkli smartfonlar üçün yeni “OLED” ekran təqdim edib

“Samsung Display” şirkəti məxsusi olaraq beşinci nəsil mobil rabitə şəbəkələrini (5G) dəstəkləyən smartfo

04/06/20
“Chromium” mühərrikinə əsaslanan yeni “Microsoft Edge” brauzeri “Windows 10” istifadəçilərinə əlçatan olub

Hələ 2015-ci ildə təqdim edilmiş “Microsoft Edge” brauzeri uzun müddət “Internet Explorer”in yeni tərtiba

04/06/20
“Samsung Galaxy Note 20 Ultra” modelinin ilk fotoşəkilləri dərc edilib

“SM-N986U” model nömrəli “Samsung” smartfonu bu yaxınlarda “Bluetooth SIG” təşkilatında sertifikasiyada

03 06 2020

03/06/20
2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

“Canalys”in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük h

03/06/20
“5G” dəstəkli “Honor” smartfonları təqdim olunub

“Honor” brendi Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor Play 4” və

03/06/20
Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

“Canalys” şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq bu

03/06/20
“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.