Tarix:16/12/14
"Ultra" və "Intel" şirkətlərinin müvəffəqiyyətli əməkdaşlığı yeni bir müstəviyə qədəm qoyub. Azərbaycana səfəri zamanı rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə "Ultra Technologies" şirkətinin yeni ofisini ziyarət edən İntel şirkətinin "World Ahead Program" üzrə vitse-prezidenti Con Devis yeni layihələr və perspektivlərlə bağlı şirkət rəhbərliyi ilə ikitərəfli görüş keçirib.
Şirkətlərin birgə fəaliyyətini yüksək qiymətləndirən Davies, "Intel" şirkətinin yeni məhsulları və həlləri haqqında ətraflı məlumat verərək, gələcəkdə Azərbaycanla birgə yeni perspektiv layihələrin reallaşdırılmasının mümkünlüyünü qeyd edib.
Görüş zamanı "Ultra" şirkətinin direktoru Zaur Məmmədzadə 1999-2014 illərdə görülmüş işlərin xülasəsindən ibarət təqdimatla çıxış edib.
Direktor, 1999- 2014 illərdə birgə həyata keçirilmiş uğurlu layihələrdən söz açıb və onların içərisində Cənubi Qafqazda ilk wifi zonasının yaradılması, Azərbaycanın bir sıra universitetlərində "University Campus" proqram günlərinin keçirilməsi, ölkəmizin bir sıra orta məktəblərində müasir "İntel" platformalı noutbuklarin verilməsini xüsusi vurğulayıb.
Eyni zamanda şirkət rəhbəri, "Sigma" , "Sonoma" , "Napa" texnologiyaları ilə təhciz edilmiş "Nexus (R)" markalı noutbukların istehsal edildiyini, 2008-2014-cü illərdə orta məktəblərdə "One On One Education" , "Teach For The Future" kimi yeni İT konsepsiyaların reallaşdırılıldığını və "Intel" platformalı müasir avadanlıqların tətbiq edildiyini qonağın diqqətinə çatdırıb.
RƏVAN
“Ultra Technologies” və “Intel” şirkətləri əməkdaşlıq imkanlarını genişləndirir

Baxış sayı: 697
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır