Tarix:17/12/14
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, Hollandiya İnformasiya Mühafizəsi Xidmətindən (Dutch Data Protection Authority, DPA) bildirilib ki, “Google”un fəaliyyətində istifadəçi məlumatlarından istifadə (məqsədli reklam üçün brauzerdə səhifəyə daxilolma tarixçəsi və olduğu yerin koordinatı) ilə əlaqədar milli qanunvericiliyin pozulması halları qeydə alınıb.
Hollandiyanın tənzimləyici orqanı “Google”dan 2015-ci il fevralın sonunadək məlumatların emalı siyasətində dəyişikliklər aparmağı tələb edib. Əks təqdirdə şirkət 15 milyon avro məbləğində cərimələnəcək.
"Bu, 2012-ci ildən davam edir və ümid edirik ki, şirkət lazımi işləri görəcək" – “Dutch DPA”-nın sədri Yakob Konstamm deyib.
Hollandiya “Google”un məxfilik siyasətinin araşdırılması ilə məşğul olmuş Avropanın altıncı dövlətidir. Bundan əvvəl İspaniya, Fransa, Almaniya, Britaniya və İtaliyada belə araşdırmalar aparılıb.
Emil Hüseynov
“Google” 15 milyon avro məbləğində cərimələnə bilər
“Google” şirkəti Hollandiyada bir neçə milyon avro məbləğində cərimələnə bilər."ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, Hollandiya İnformasiya Mühafizəsi Xidmətindən (Dutch Data Protection Authority, DPA) bildirilib ki, “Google”un fəaliyyətində istifadəçi məlumatlarından istifadə (məqsədli reklam üçün brauzerdə səhifəyə daxilolma tarixçəsi və olduğu yerin koordinatı) ilə əlaqədar milli qanunvericiliyin pozulması halları qeydə alınıb.
Hollandiyanın tənzimləyici orqanı “Google”dan 2015-ci il fevralın sonunadək məlumatların emalı siyasətində dəyişikliklər aparmağı tələb edib. Əks təqdirdə şirkət 15 milyon avro məbləğində cərimələnəcək.
"Bu, 2012-ci ildən davam edir və ümid edirik ki, şirkət lazımi işləri görəcək" – “Dutch DPA”-nın sədri Yakob Konstamm deyib.
Hollandiya “Google”un məxfilik siyasətinin araşdırılması ilə məşğul olmuş Avropanın altıncı dövlətidir. Bundan əvvəl İspaniya, Fransa, Almaniya, Britaniya və İtaliyada belə araşdırmalar aparılıb.
Emil Hüseynov
Baxış sayı: 933
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib