12px13px15px17px
Tarix:17/12/14

Böyük Britaniyanın İKT sahəsində vençur maliyyələşdirilməsini və texnologiyaların transferini həyata keçirən “TTC” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə edilib

AMEA prezidenti, akademik Akif Əlizadənin Böyük Britaniyanın informasiya-kommunikasiya texnologiyaları sahəsində vençur maliyyələşdirilməsini və texnologiyaların transferini həyata keçirən “Trans Tech Capital” (TTC) şirkətinin nümayəndələri ilə görüşü keçirilib.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində fəaliyyət göstərən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun təşəbbüsü ilə reallaşan görüşdə əsas məqsəd akademik qaydaları tətbiq etmək, texnoloji transfer üzrə mövcud bacarıqları müəyyən etmək, “spin-out” şirkətlərin investisiya infrastrukturunu, innovasiya mərkəzlərini, elmi parklar və eləcə də cari sənaye əməkdaşlıq təşəbbüslərinin dəstəklənməsi olub. Akademiyadan bildirilib ki, tədbirdə Britaniya şirkətinin baş partnyoru Simon Robeson, idarəedici partnyoru Riçard Henderson, risk üzrə partnyorları Mahmut Sinoplu, David Livesley, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun nümayəndəsi, fondun icraçı direktorunun müavini Azər Bayramov və başqaları iştirak ediblər.
 
Qeyd edilib ki, “TTC” şirkəti Böyük Britaniyanın İKT sahəsində vençur maliyyələşdirilməsini və texnologiyaların transferini həyata keçirən qabaqcıl şirkətlərindən biridir. Böyük Britaniyada texnoloji transfer üzrə Oksford və Mançester universitetləri ilə əməkdaşlıq edir. Şirkət tərəfindən Mançester Universitetində son 5 ildə yaradılan startap layihələrinə 150 milyon funt-sterlinqdən artıq vəsait cəlb edilib. Şirkətin fondu Türkiyədə texnologiyaya yönəldilən investisiya strategiyasını inkişaf etdirmək üçün 2012-ci ildə yaradılıb.
 
 
Sonda çıxış edən akademik Akif Əlizadə Azərbaycanda fəaliyyət göstərən ali məktəblərin və tədqiqat institutlarının, həmçinin potensialı yüksək olan qurumlarda Texnoloji Transfer Mərkəzlərinin yaradılması və innovativ layihələrin maliyyələşdirilməsi üçün irəli sürülən təklifi nəzərə alaraq, elmi təcrübə mübadiləsində bu cür imkanların yaradılmasının vacibliyini vurğulayıb.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 861

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024