Tarix:17/12/14
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, layihə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi və “Microsoft” korporasiyasının dəstəyi ilə həyata keçirilir.
“Acer Group” müasir tendensiyaları nəzərə alaraq bazarda ən mükəmməl və yüksək texnologiyalı yeni modelləri təqdim edir. Onların arasında kompüterlər, noutbuklar, proyektorlar, monitorlarla yanaşı, ultrabuklar, “2-–si 1-–də” transformerləri, smartfonlar, eləcə də, “Windows 8.1” və “Android” kimi məşhur platformalarda işləyən planşetlər vardır.
Layihənin əsas məqsədi tədris prosesinin böyük hissəsinin şagirdin İT savadının artırılması ətrafında qurulmasını, tələbə və ya məktəbli üçün noutbukda işləməyi öyrətmək, tədris materialını çap etmək və ya təqdimat üçün internetdən lazımi faylları yükləmək bacarıqlarını aşılamaqdır. Artıq bunun üçün “Şagird kompüteri” layihəsi çərçivəsində 6 müasir noutbuk modeli təqdim olunub, hansı ki, lisenziyalı “Microsoft” şirkətindən “Windows 8.1 Pro” proqramı, “Microsoft Office 2013 Pro” ofis proqramı, eləcə də, “DR.WEB” antivirus proqramı ilə təchiz olunub.
Qeyd edilən noutbuklar sərfəli şərtlərlə kreditlə təklif olunur.
Aynur Vəliyeva
Azərbaycanda “Acer” şirkətinin dəstəyi ilə «Şagird kompüteri» layihəsi həyata keçirilir
Azərbaycanın İT bazarının aparıcı şirkətlərindən biri olan “BestComp Grouр” şirkəti “Acer” korporasiyası ilə birgə “Şagird kompüteri” adlı yeni layihəni həyata keçirir.Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, layihə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi və “Microsoft” korporasiyasının dəstəyi ilə həyata keçirilir.
“Acer Group” müasir tendensiyaları nəzərə alaraq bazarda ən mükəmməl və yüksək texnologiyalı yeni modelləri təqdim edir. Onların arasında kompüterlər, noutbuklar, proyektorlar, monitorlarla yanaşı, ultrabuklar, “2-–si 1-–də” transformerləri, smartfonlar, eləcə də, “Windows 8.1” və “Android” kimi məşhur platformalarda işləyən planşetlər vardır.
Layihənin əsas məqsədi tədris prosesinin böyük hissəsinin şagirdin İT savadının artırılması ətrafında qurulmasını, tələbə və ya məktəbli üçün noutbukda işləməyi öyrətmək, tədris materialını çap etmək və ya təqdimat üçün internetdən lazımi faylları yükləmək bacarıqlarını aşılamaqdır. Artıq bunun üçün “Şagird kompüteri” layihəsi çərçivəsində 6 müasir noutbuk modeli təqdim olunub, hansı ki, lisenziyalı “Microsoft” şirkətindən “Windows 8.1 Pro” proqramı, “Microsoft Office 2013 Pro” ofis proqramı, eləcə də, “DR.WEB” antivirus proqramı ilə təchiz olunub.
Qeyd edilən noutbuklar sərfəli şərtlərlə kreditlə təklif olunur.
Aynur Vəliyeva
Baxış sayı: 680
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır