12px13px15px17px
Tarix:18/12/14

Analitiklər 4K formatlı televizorların populyarlaşacağını proqnozlaşdırır

“TrendForce” analitik firmasının tədqiqat bölməsi olan “WitsView” şirkətinin ekspertləri 2014 və 2015-ci illər üçün maye kristal televizorların tədarükü üzrə proqnoz dərc ediblər.

Analitiklər hesab edirlər ki, növbəti ildə UHD formatlı televizorlardan istifadə tempi xeyli sürətlənəcək. “WitsView” şirkətinin qiymətləndirməsinə görə, 2014-cü ildə bazarda 4K formatlı televizor modellərinin nüfuzetmə dərəcəsi 5,1 faiz təşkil edəcək, 2015-ci ildə bu göstərici, demək olar ki, üç dəfə artaraq 14,2 faizə çatacaq.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “4K TV”-nin qlobal populyarlaşması üzrə pioner rolunu öz üzərinə götürmüş Çin istehsalçılarının çeşidində bu növ televizorların populyarlaşması müşahidə olunacaq.

“Futuresource Consulting”in analitikləri də yaxın illərdə “UHD TV” bazarının çox sürətli inkişafını proqnozlaşdırır. Onların proqnozuna əsasən, 2013-2018-ci illərdə bu seqmentdə orta artım sürəti 21% təşkil edəcək. Nəticədə proqnozlaşdırılan dövrün sonunadək 4K formatlı televizorların qlobal tədarük həcmi 90-dan 228 milyonadək artacaq.

Emil Hüseynov



Baxış sayı: 720

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024