12px13px15px17px
Tarix:18/12/14

“IBM” “bulud” məlumat mərkəzlərinin sayını 25% artırır

Dünyanın ən böyük kompüter texnikası və proqram təminatı istehsalçısı “International Business Machines” (IBM) korporasiyası  bütün dünyada mövcud məlumat mərkəzlərinin sayını 25% artırmağa hazırlaşır. Beləliklə, "mavi nəhəng" öz “bulud” biznesini möhkəmləndirmək niyyətindədir: internet xidmətlərə tələbatın artması fonunda 2014-cü il korporasiya üçün əlamətdar olub.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, son 18 ayda “IBM”-in “bulud” infrastrukturlarına xidmət edən məlumat mərkəzlərinin sayı dörd dəfə artaraq 49-a çatıb. Bu mərkəzlərin bir çoxu korporativ normalara və istifadəçi məlumatlarının öz ərazisində saxlanılmasını tələb edən ölkələrin qanunlarına uyğun olmaq üçün tikilib.
 
2013-cü ildə “IBM”-in “bulud” biznesi korporasiyaya 4,4 milyard dollar məbləğində mədaxil qazandırıb. Cari ilin ilk doqquz ayı ərzində bu bazarda korporasiyanın gəliri 50% artıb.
 
"Cari il bizim üçün çox uğurlu olub. Biz 2014-cü ili “bulud” texnologiyasında tərəqqi adlandırmışıq" – “IBM”-in “bulud” biznesinə cavabdeh vitse-prezidenti Anxel Luis deyib.
 
Emil Hüseynov
 



Baxış sayı: 721

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2024

26 11 2024