12px13px15px17px
Tarix:19/12/14

“Nar Mobile”-ın “Yeni telefonla yeni ili qarşıla” kampaniyası davam edir

"Nar Mobile" istifadəçilərə mobil telefonlarını yeniləmək üçün mükəmməl bir fürsəti təklif etməkdə davam edir.
 
Belə ki, 2014-cü ilin 1-31 dekabr tarixləri arasında "Irshad Electronics" mağazalar şəbəkəsinə müraciət edərək istənilən smartfonu ilkin ödənişsiz alan hər bir kəs "Nar Mobile" mobil operatorundan bonuslar qazanacaq.
 
Qeyd edək ki, "Nar" nömrədən əlavə olaraq, hədiyyə paketinə alınmış smartfonun qiymətinin 50%-dən artıq bir hissəsi dəyərində şəbəkədaxili danışıq dəqiqələri və həmin smartfonun qiymətindən asılı olmaqla 250 Mb-dək İnternet daxildir.
 
Kampaniya çərçivəsindəki bonuslar yalnız "0" tarifi daxilində aktivdir və 6 ay ərzində verilir.
 
Eyni zamanda, səsli zənglər "0" tarifinə əsasən hesablanacaqdır. Bonusların aktiv olması üçün balans hər ay ən azı 5 AZN dəyərində artırılmalıdır. Bonusları yoxlamaq üçün *777#84#YES şifrini yığmaq və ya "I" yazıb 777 qısa nömrəsinə mesaj göndərmək olar.   
 
 
RƏVAN



Baxış sayı: 789

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024