12px13px15px17px
Tarix:02/09/11

Azərbaycan və Rusiyanın Elmlər akademiyalarının institutları informasiya texnologiyaları üzrə protokol imzalayıblar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu (İTİ) Rusiya Elmlər Akademiyasının (REA) Sistemli Analiz İnstitutu ilə əməkdaşlıq haqqında protokol imzalayıb. Bu barədə İTİ-nin direktoru Rasim Əliquliyev məlumat verib.

Əməkdaşlıq haqqında protokolu İTİ-nin direktoru və REA Sistemli Analiz İnstitutunun Paylanmış hesablama sistemləri laboratoriyasının müdiri Aleksandr Afanasyev imzalayıb.

Əliquliyevin sözlərinə görə, tərəflər müxtəlif təyinatlı "bulud hesablamaları", MathCloud elmi mühitinin istiqamətlənmiş xidmətinin öyrənilməsi, eləcə də azərbaycanlı alimlərin bu sistemdən istifadə etməsi sahəsində imkanlarla bağlı əməkdaşlıq edəcəklər.

MathCloud mühiti ilk növbədə elmi və tətbiqi hesablama tapşırıqlarının həllinə yönəlmiş xidmətlərə baxılmasını nəzərdə tutur.

Bu əməkdaşlıq həmçinin, AzScienceNet elmi kompyuter şəbəkəsinin imkanlarının genişləndirilməsini, onun bazsında superkompyuter mərkəzinin yaradılmasını, REA-da kadrların hazırlanmasını, eləcə də qabaqcıl İKT sistemləri üzrə metodların öyrənilməsi, araşdırılması və işlənməsi üzrə qrant proqramlarda birgə iştirakı nəzərdə tutur.

İTİ mürəkkəb məsələlərin həlli üçün "bulud hesablamaları" (Cloud computing) texnologiyasından istifadə etməyi planlaşdırır.

İnstitutun bazasında DATA mərkəz yaradılacaq. Mərkəzdən Azərbaycan Elmlər Akademiyasının bütün bölmələri istifadə edəcə biləcəklər. AMEA-nın hər bir strukturu üçün müəyyən yaddaş kütləsi ayrılacaq. Orada virtual arxiv saxlanılacaq.

"Bulud hesablamaları" (Cloud computing) texnologiyasının təşəkkülü üçün aparat-proqram həllərin tədarükçüsü kimi IBM şirkəti çıxış edir.

DATA-mərkəzin məhsuldarlığı 1,5 teraflop, operativ yaddaşın həcmi 650 Qiqabayt, xarici massivin həcmi isə təxminən 40 terabayt təşkil edəcək. Kütlənin böyük həcmi Elmlər Akademiyasının institutlarının məlumat bazasınının arxivləşdirməyə imkan verəcək.

"Bulud hesablamaları" texnologiyası AzScienceNet elmi kompüter şəbəkəsində yerləşəcək. İlin sonunadək AzScienceNet şəbəkəsində identifikasiya bazası işə salınacaq.

Bu, elmi kompütr şəbəkəsinin xidmətlər siyahısını təsnifatlaşdırmağa imkan verəcək. Onlardan istifadə vahid avtomatlaşdırılmış sistem vasitəsilə həyata keçiriləcək. Servisdən DATA mərkəz işə düşdükdən sonra istifadə etmək mümkün olacaq.



Baxış sayı: 1600

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024