12px13px15px17px
Tarix:19/12/14

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vakansiyaları üzrə test imtahanı mərhələsinin nəticələri açıqlanıb

Oktyabrın 17-də Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üzrə elan edilmiş müsabiqənin test imtahanı mərhələsi başa çatıb.
 
Komissiyadan verilən məlumata görə, dövlət orqanı üzrə test imtahanı mərhələsində iştirak etmiş 327 namizəddən 67-si uğur qazanıb, 41-i isə “C” nəticəsi əldə edib. 138 namizəd test imtahanına gəlməyib.
 
Qeyd edək ki, “C” nəticəsi dedikdə, 5-ci təsnifat inzibati vəzifəyə iddia edən, lakin vəzifə üzrə keçid balını toplamayan, 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə müsahibə mərhələsində iştirak etmək hüququ əldə edən namizədlərin nəticələri nəzərdə tutulur.
 
CAHANGİR
 
 



Baxış sayı: 1692

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024