12px13px15px17px
Tarix:20/12/14

“Apple Pay” sistemi 2015-ci ildə Avropada fəaliyyətə başlayacaq

Bu yaxınlaradək yalnız ABŞ-da işləyən “Apple Pay” mobil ödənişlər sistemi növbəti ildə fəaliyyətini Avropa və bir sıra digər regionlarda genişləndirməyi planlaşdırır.

“Apple” şirkəti Londonda "Apple Pay”də çalışmaq üçün əməkdaşlar toplamağa başlayıb. Lakin vakansiyaların təsvirində qeyd olunub ki, ödəniş sisteminin coğrafiyası Yaxın Şərq, Afrika, Hindistan və digər Avropa ölkələrinə genişləndiriləcək.

Qeyd edək ki, “Apple Pay” sistemi istifadəçilərə “MasterCard”, “Visa” və “American Express” kartlarındakı məlumatları “Passbook” əlavəsinə daxil edərək sonradan onlardan alış-veriş ödənişləri üçün istifadəyə imkan yaradır. Ödəniş “iPhone 6” modelinə quraşdırılan “NFC” çipi vasitəsilə həyata keçirilir.
“Apple Pay” vasitəsilə ödənişlər edilərkən yeni kart yaradıldığına görə satıcılar əsas vəsaitlərin olduğu çıxış məlumatlarını almır. Hazırda “Apple”ın ödəniş servisi “McDonalds”, “Apple Store”, “Walgreens”, “Macy's”, “Disney” və digər mağazalar tərəfindən dəstəklənir.

Yaxın vaxtlarda ödəniş sistemindən kənar şirkətlərin proqramlarında istifadəyə imkan verəcək əlavə təqdim olunacaq və onu “Uber”, “Starbucks”, ”Target” və digər şirkətlərin əlavələri dəstəkləməyə başlayacaq.
Ödəniş funksiyalarını yeni “iPhone” modelləri ilə yanaşı, “iWatch” saatları dəstəkləyəcək. Beləliklə, “Apple” yeni qurğularının alıcıları üçün yeni ödəniş sistemindən müstəsna istifadə imkanı yaranacaq, - "IT Expert” yazır.  
 



Baxış sayı: 865

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024