12px13px15px17px
Tarix:20/12/14

2014-cü ildə məşhur sosial şəbəkənin populyarlığı yenidən azalıb

“Facebook” sosial şəbəkəsinin ABŞ-da yeniyetmələr arasında populyarlığı ardıcıl ikinci ildir azalır. Bu barədə “Bloomberg” agentliyi “Frank N. Magid Associates” şirkətinin tədqiqatına istinadən məlumat verib.


Məlumata görə, ABŞ-ın 13-17 yaşlı sosial şəbəkə istifadəçilərinin təxminən 88 faizi 2014-cü ildə “Facebook”dan yararlanıb. Müqayisə üçün bildirək ki, ötən il bu göstərici 94 faiz, 2012-ci ildə 95 faiz olub.
Yeniyetmələrin “Facebook”a marağı tədricən azalsa da, digər sosial şəbəkələrə maraq göstərməyə başlayıblar. Belə ki, son ildə “Twitter”ə daxil olan gənc sosial şəbəkə istifadəçilərinin payı 46 faizdən 48 faizədək artıb.

Ötənilki tədqiqat "Facebook” investorlarını ciddi narahat etməyə başlayıb. Hətta sosial şəbəkənin top-menecerləri etiraf ediblər ki, yeniyetmələr “Facebook”da əvvəlki kimi aktiv deyillər. Sosial şəbəkənin nisbətən yuxarı yaşlı istifadəçi bazası qısamüddətli perspektivdə gəlirlər üçün daha böyük imkanlar yaradır. Lakin şəbəkəyə hazırkı yeniyetmələr maraq göstərməsə, növbəti 5-10 ildə investorların narahatlığı üçün daha çox səbəblər ola biləcək.

“Facebook”un bir sıra digər əlavələri də yaşlı auditoriya ilə seçilir. Lakin “Facebook Messenger” əlavəsinin 37 yaşdan aşağı auditoriyası 55 faiz təşkil etdiyi halda "Snapchat” və “Kik” messencerləri istifadəçilərinin payı müvafiq olaraq 86 və 83 faizə bərabərdir.

Yeniyetmələrin “Facebook”u tərk etməsi səbəbləri arasında onların sosial şəbəkənin təhlükəsizliyi ilə bağlı fikirləri qeyd edilir. Sorğu məlumatına görə, yeniyetmələrin yalnız 9 faizi sosial şəbəkəni təhlükəsiz və etibarlı hesab edir. Bundan başqa, gənclər “Facebook”un əyləncəli funksiyasından da narazıdır. “Pinterest” və “Instagram” şəbəkələrinin 40 faizlik göstəricisi ilə müqayisədə gənclərin 18 faizi onu əyləncəli adlandırıb.
Eyni zamanda “Facebook” gizli ehtiyatlara da malikdir. Bir sıra tədqiqatlara əsasən, şirkətə məxsus “WhatsApp” və “Instagram” servislərinin yeniyetmələr arasında populyarlığı artmaqda davam edir, "Lenta” - yazır.



Baxış sayı: 850

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024