Tarix:20/12/14
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə bu fikri Azərbaycan alimlərinin I Qurultayında çıxışı zamanı qeyd edib. Elmin koordinasiyası məsələsinə toxunan akademik onu da qeyd edib ki, digər mühüm vəzifələrdən biri də AMEA-nın bölmələri və elmi şuralarına daha çox təşkilati sərbəstlik verməklə onların rolunun və məsuliyyətinin artırılmasıdır:
“Artıq ən yaxın perspektivdə fundamental tədqiqatların əlaqələndirilməsinin ağırlıq mərkəzinin AMEA bölmələrinə keçirilməsinin vaxtı çatıb. Müəssisələrarası elmi əlaqələndirmə şuralarının müxtəlif yönlərdəki işini fəallaşdırmaq və onların fəaliyyəti barədə elmi şura və bölmələrin Rəyasət Heyətində hesabat verməsini həyata keçirmək, eləcə də bu məsul işdə şəffaflığı təmin etmək olduqca vacibdir”.
Bundan başqa, AMEA-nın rəhbəri nazirliklərin kollegiyaları ilə birgə Rəyasət Heyətinin iclaslarını keçirməyi və bu iclaslar çərçivəsində elmi məruzələrə müvafiq nazirlik və idarələrin rəhbərlərini dəvət etməyi zəruri hesab edib.
Həqiqət İSABALAYEVA
Akif Əlizadə: “Prezident yanında Elm və Texnologiya üzrə Ali Şuranın yaradılmasına ehtiyac var”
“Azərbaycanda elmi fəaliyyət, əsasən, akademiyanı, ali təhsil müəssisələrini, dövlət qurumlarının tərkibindəki elmi qurumları, qismən də özəl sektoru əhatə edir. Elmi araşdırmalarda müəyyən təkrarçılıq, elmi mövzularda qeyri-aktuallıq, dünya elmində gedən proseslərlə səsləşməyən problemlərin mövcudluğu elmi fəaliyyətdə rast gəlinən reallıqlardır. Bu məqsədlə respublikada elmi əlaqələndirmənin mürəkkəbliyini aradan qaldırmaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Elm və Texnologiya üzrə Ali Şuranın yaradılmasına ehtiyac var. Hesab edirəm ki, şuranın tərkibində akademik institutların, universitetlərin, biznes və patent idarələrinin nümayəndələri olmalıdır. Şuranın verdiyi qərarlar respublikanın bütün elmi təşkilatları üçün icbari xarakter daşımalıdır”.Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə bu fikri Azərbaycan alimlərinin I Qurultayında çıxışı zamanı qeyd edib. Elmin koordinasiyası məsələsinə toxunan akademik onu da qeyd edib ki, digər mühüm vəzifələrdən biri də AMEA-nın bölmələri və elmi şuralarına daha çox təşkilati sərbəstlik verməklə onların rolunun və məsuliyyətinin artırılmasıdır:
“Artıq ən yaxın perspektivdə fundamental tədqiqatların əlaqələndirilməsinin ağırlıq mərkəzinin AMEA bölmələrinə keçirilməsinin vaxtı çatıb. Müəssisələrarası elmi əlaqələndirmə şuralarının müxtəlif yönlərdəki işini fəallaşdırmaq və onların fəaliyyəti barədə elmi şura və bölmələrin Rəyasət Heyətində hesabat verməsini həyata keçirmək, eləcə də bu məsul işdə şəffaflığı təmin etmək olduqca vacibdir”.
Bundan başqa, AMEA-nın rəhbəri nazirliklərin kollegiyaları ilə birgə Rəyasət Heyətinin iclaslarını keçirməyi və bu iclaslar çərçivəsində elmi məruzələrə müvafiq nazirlik və idarələrin rəhbərlərini dəvət etməyi zəruri hesab edib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1299
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır