12px13px15px17px
Tarix:22/12/14

Avropada onlayn pulköçürmələri üçün normalar hazırlanıb

Avropa Mərkəzi Bankı (AMB) onlayn ödəniş sistemləri tərəfindən qitədə fırıldaqçılığın qarşısını almaq məqsədilə növbəti ilin yayınadək ciddi təhlükəsizlik normaları tətbiq ediləcəyini açıqlayıb.

AMB Avropa İttifaqının (Aİ) ödəniş xidmətləri provayderləri üçün 2015-ci ilin avqustunadək qüvvəyə minməli olan minimal təhlükəsizlik tələblərini dərc edib.  

Tələblər arasında internetdən mal və xidmətlər alan istifadəçilərin daha etibarlı identifikasiya sisteminin tətbiqi yer alıb. Bundan başqa, ödəniş sistemləri müştəri məlumatlarının maksimum məxfiliyini, məsələn, onun ödəniş informasiyasının serverdə saxlanılmamasını təmin etməlidir.

AMB-nin yeni qaydaları Aİ ərazisində bütün ödəniş xidməti provayderlərini bərabər edəcək. Təşəbbüs ABŞ-ın nəhəng ticarət şəbəkələrinə ardıcıl güclü kiberhücumlara (Target Corporation və Home Depot sistemlərinə edilən hücumlar nəticəsində hakerlər istifadəçilərin kredit kartları haqqında məlumatlarını əldə ediblər) görə onlayn ödəniş sistemlərinin mühafizəsini gücləndirəcək.

Yeni normaların yerinə yetirilməsini yerli tənzimləyici orqanlar (məsələn, İngiltərə Bankı və ya Fransa Bankı) həyata keçirəcək, - "Payspace” yazır.



Baxış sayı: 722

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024