12px13px15px17px
Tarix:22/12/14

“Sazz” abunəçilər üçün müxtəlif güzəştli paketlər təklif edir

“Sazz İnternet” dekabrın  20-dən yanvarın 19-na qədər davam edəcək qış kampaniyası çərçivəsində mövcud və yeni abunəçilər üçün müxtəlif güzəştli paketlər təklif edir. 
 
Beləliklə, yeni müştərilər 25 manat ödəməklə 40 gün limitsiz internet və “Sazz USB” modemini;
50 manat ödəməklə 90 gün limitsiz internet və “Sazz USB” modemini;
Birillik istifadə haqqını ödəyən yeni müştərilər isə cəmi 200 manata 360 gün limitsiz internet və internetə qoşulmaq üçün lazım olan “Sazz USB” modemini əldə edəcəklər.
 
Qış kampaniyası çərçivəsində 60 gün abunə haqqını ödəyən hər bir “Sazz” abunəçisi üçün əlavə 30 gün pulsuz internet hədiyyə olaraq təqdim ediləcək.
 
Kampaniya paketlərindən faydalanan abunəçilərə internetdən istifadə haqqı 30-35% daha ucuz başa gələcəkdir.
 

Sərfəli internet paketlərini “Sazz İnternet”in Süleyman Rüstəm küçəsi, 17B ünvanında yerləşən baş ofisində və bütün “Sazz İnternet” satış nöqtələrində əldə etmək mümkündür. Abunə haqqı ödənişlərini bütün “Sazz” ofislərində, eləcə də “www.sazz.az” saytında yerləşdirilmiş "şəxsi kabinet" vasitəsilə "online" həyata keçirmək olar. 
 

Xatırladaq ki, “Sazz İnternet” həmişə olduğu kimi, hər yeni abunəçiyə İnternet xidmətini 5 gün ərzində 200 meqabaytlıq trafiklə yoxlayıb test etmək imkanını verir.
 

Hazırda “Sazz İnternet” Bakı, Sumqayıt, Zaqatala, Balakən, Qax, Quba, Qusar, Xaçmaz, Şəki, Gəncə, Xırdalan, Mingəçevir, Astara, Lənkəran, Lerik və Masallı şəhərlərində, habelə Abşeron yarımadasının əksər qəsəbələrində xidmət göstərir.
 
RƏVAN



Baxış sayı: 1043

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024