Tarix:22/12/14
"Cari ilin birinci yarısında futbol üzrə dünya çempionatı televizor bazarında tələbatın artması ilə nəticələnib. Çempionat bitdikdən sonra, üçüncü rübdə tədarük həcmi gözlənildiyindən yüksək olub" – “Futuresource Consulting”in baş analitiki Cek Vezerill bildirib.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ayrı-ayrı regionlardakı vəziyyəti təhlil edən mütəxəssis əlavə edib ki, cari il Avropaya 57 milyondan çox televizor tədarük ediləcək. Bu halda Qərbi Avropada tədarüklərin həcmi illik ifadədə 2 faiz artacaq, Şərqi Avropada isə ötənilki səviyyəsini qoruyub saxlayacaq.
“Futuresource Consulting”in analitikləri Şimali Amerikanın televizor bazarının həcmini 40 milyon, Latın Amerikanı isə 32 milyon qiymətləndirirlər.
Asiya-Sakit okean regionuna 88 milyon səviyyəsində tədarük gözlənilir. Ekspertlərin proqnozuna görə, növbəti bir neçə ildə bu regiona televizor tədarükü ildə orta hesabla 4 faiz artacaq və 2018-ci ilədək 100 milyonu ötəcək.
Bu halda dünya bazarında artım sürəti (CAGR) 3 faiz səviyyəsində gözlənilir. “Futuresource” şirkətinin qiymətləndirməsinə görə, 4 il sonra qlobal televizor bazarının həcmi 260 milyondan çox təşkil edəcək.
Emil Hüseynov
4K televizorlar populyarlaşır
“Futuresource Consulting” analitiklərinin proqnozuna əsasən, 2014-cü ildə qlobal televizor bazarının həcmi ötən illə müqayisədə 3 faiz artacaq və ədədi ifadədə 234 milyon təşkil edəcək. Ancaq pul baxımından televizorların satış həcmi 4 faiz azalaraq 97 milyard ABŞ dollar olacaq ki, bu da qurğuların orta pərakəndə qiymətinin azalması ilə bağlıdır."Cari ilin birinci yarısında futbol üzrə dünya çempionatı televizor bazarında tələbatın artması ilə nəticələnib. Çempionat bitdikdən sonra, üçüncü rübdə tədarük həcmi gözlənildiyindən yüksək olub" – “Futuresource Consulting”in baş analitiki Cek Vezerill bildirib.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ayrı-ayrı regionlardakı vəziyyəti təhlil edən mütəxəssis əlavə edib ki, cari il Avropaya 57 milyondan çox televizor tədarük ediləcək. Bu halda Qərbi Avropada tədarüklərin həcmi illik ifadədə 2 faiz artacaq, Şərqi Avropada isə ötənilki səviyyəsini qoruyub saxlayacaq.
“Futuresource Consulting”in analitikləri Şimali Amerikanın televizor bazarının həcmini 40 milyon, Latın Amerikanı isə 32 milyon qiymətləndirirlər.
Asiya-Sakit okean regionuna 88 milyon səviyyəsində tədarük gözlənilir. Ekspertlərin proqnozuna görə, növbəti bir neçə ildə bu regiona televizor tədarükü ildə orta hesabla 4 faiz artacaq və 2018-ci ilədək 100 milyonu ötəcək.
Bu halda dünya bazarında artım sürəti (CAGR) 3 faiz səviyyəsində gözlənilir. “Futuresource” şirkətinin qiymətləndirməsinə görə, 4 il sonra qlobal televizor bazarının həcmi 260 milyondan çox təşkil edəcək.
Emil Hüseynov
Baxış sayı: 776
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır