Tarix:22/12/14
Hesabat 15 dövlət qurumunun saytının, vətəndaş və biznes sektoru üçün əhəmiyyət kəsb edən 30 elektron xidmətin monitorinqinin əsasında hazırlanıb.
Nəticələr göstərib ki, Azərbaycanda elektron hökumət sahəsində inkişaf var və elektron hökumətin mobil əlavələri paralel olaraq inkişaf edir. Elektron xidmətlərdən istifadə edənlərin sayı 1.5 milyon insan təşkil edib. Paralel olaraq elektron ödənişlər sahəsində də inkişaf müşahidə olunur və hazırda 30 elektron xidmətdən 14-ü onlayn şəkildə istifadəçiyə təqdim edilir, 6-sı elektron müraciət mərhələsinə kimi elektronlaşdırılıb, 10-u isə informativ xassəlidir, onlardan 3-ü ümumiyyətlə, elektron mühitdə təmsil olunmayıb.
“Elektron hökumət” portalı vasitəsilə bir çox arayışların elektron şəkildə verilməsi üçün hazırlıq işləri görülür. Belə ki, yaşayış yerindən arayış, diplomlar barədə arayışların verilməsi, rabitə xidmət borcları, kommunal xidmətlər borcları haqqında arayışlar və digər xidmətlər elektron formada həyata keçiriləcək.
Aynur Vəliyeva
Azərbaycanda biznes sektoru üçün nəzərdə tutulmuş elektron xidmətlər sahəsində müsbət dəyişikliklər müşahidə olunur
“Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi “Elektron xidmətlər və elektron hökumət infrastrukturunun qiymətləndirilməsi” hesabatını təqdim edib.Hesabat 15 dövlət qurumunun saytının, vətəndaş və biznes sektoru üçün əhəmiyyət kəsb edən 30 elektron xidmətin monitorinqinin əsasında hazırlanıb.
Nəticələr göstərib ki, Azərbaycanda elektron hökumət sahəsində inkişaf var və elektron hökumətin mobil əlavələri paralel olaraq inkişaf edir. Elektron xidmətlərdən istifadə edənlərin sayı 1.5 milyon insan təşkil edib. Paralel olaraq elektron ödənişlər sahəsində də inkişaf müşahidə olunur və hazırda 30 elektron xidmətdən 14-ü onlayn şəkildə istifadəçiyə təqdim edilir, 6-sı elektron müraciət mərhələsinə kimi elektronlaşdırılıb, 10-u isə informativ xassəlidir, onlardan 3-ü ümumiyyətlə, elektron mühitdə təmsil olunmayıb.
“Elektron hökumət” portalı vasitəsilə bir çox arayışların elektron şəkildə verilməsi üçün hazırlıq işləri görülür. Belə ki, yaşayış yerindən arayış, diplomlar barədə arayışların verilməsi, rabitə xidmət borcları, kommunal xidmətlər borcları haqqında arayışlar və digər xidmətlər elektron formada həyata keçiriləcək.
Aynur Vəliyeva
Baxış sayı: 739
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır