12px13px15px17px
Tarix:24/12/14

ABŞ ali məktəbində virtual valyutaların tədrisinə başlanır

ABŞ-ın Massaçusets Texnoloji İnstitutu 2015-ci ildə virtual valyutalara həsr edilən “Computer Systems Security 6.858” kursunu tədris etmək niyyətindədir. 

Texniki layihələndirmə fakültəsinin yuxarı kurs tələbələri üçün nəzərdə tutulan tədris kursunun mühazirələrində “TorCoin” sınaq protokolunun iş mexanizmi müzakirə olunacaq.

“TorCoin” "Bitcoin” virtual valyutasına əsaslanan razılığın əldə olunması üzrə bölüşdürülmüş protokoldur. Protokol şəbəkədə yeni qovşaqların axtarışı, onların statusunun və buraxılış qabiliyyətinin müəyyənləşdirilməsi üçün istifadə olunur.

Beləliklə, Massaçusets Texnoloji İnstitutu dünyada virtual valyutalarla məşğul olacaq ilk ali məktəblərdən biri olacaq.

“Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Bu səbəbdən rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar anonim olur, - “Internetua” yazır.



Baxış sayı: 807

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024