Tarix:25/12/14
14 ilə yaxın Qrup daxilində çalışmış Qaburiç "Azercell" şirkətinə rəhbər təyin edilməzdən əvvəl "Moldcell" şirkətinin prezidenti kimi fəaliyyət göstərib.
"TeliaSonera" şirkətlər qrupunun vitse-prezidenti və Avrasiya regionunun prezidenti Erik Hallberg K.Qaburiçin şirkətin prezident postunu tərk etməsini şərh edərək bildirib ki; "Müqavilə müddəti başa çatan Kiril Qaburiçə sərf etdiyi zamana və göstərdiyi səylərinə görə təşəkkürümü bildirmək istərdim. Böyük səmimiyyətlə ona gələcək işlərində yeni uğurlar arzu edirəm. Eyni zamanda, Vahid Mürsəliyevi icra edəcəyi yeni vəzifəsi münasibəti ilə təbrik edir, ötən 6 ay ərzində müşahidə etdiyimiz müsbət dönüşü davam etdirəcəyimizə səmimi şəkildə inanıram".
Məlumat üçün bildirək ki, "Azercell Telekom"un Hüquq Departamentinin rəhbəri Vahid Mürsəliyev 2015-ci il yanvar ayının 5-dən etibarən yeni prezident təyin edilənə qədər bu vəzifəni icra edəcək.
2000-2001-ci illərdə ABŞ-ın Case Western Reserve Universitetinin Korporativ İdarəetmə üzrə doktorluq dərəcəsini alan V.Mürsəliyev Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvü və Beynəlxalq Ekoenergetika Akademiyasının doktorudur. O, həmçinin, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur.
"Azercell"in prezidenti vəzifəsini tərk edir
2012-ci ilin sentyabr ayından etibarən "Azercell Telekom" MMC-nin prezidenti vəzifəsini icra edən Kiril Qaburiç müqavilə müddətinin başa çatması ilə əlaqədar vəzifəsini tərk edib. O, "TeliaSonera" şirkətlər qrupu xaricində digər karyera imkanlarını nəzərdən keçirməyi qərara aldığından belə bir addım atıb.14 ilə yaxın Qrup daxilində çalışmış Qaburiç "Azercell" şirkətinə rəhbər təyin edilməzdən əvvəl "Moldcell" şirkətinin prezidenti kimi fəaliyyət göstərib.
"TeliaSonera" şirkətlər qrupunun vitse-prezidenti və Avrasiya regionunun prezidenti Erik Hallberg K.Qaburiçin şirkətin prezident postunu tərk etməsini şərh edərək bildirib ki; "Müqavilə müddəti başa çatan Kiril Qaburiçə sərf etdiyi zamana və göstərdiyi səylərinə görə təşəkkürümü bildirmək istərdim. Böyük səmimiyyətlə ona gələcək işlərində yeni uğurlar arzu edirəm. Eyni zamanda, Vahid Mürsəliyevi icra edəcəyi yeni vəzifəsi münasibəti ilə təbrik edir, ötən 6 ay ərzində müşahidə etdiyimiz müsbət dönüşü davam etdirəcəyimizə səmimi şəkildə inanıram".
Məlumat üçün bildirək ki, "Azercell Telekom"un Hüquq Departamentinin rəhbəri Vahid Mürsəliyev 2015-ci il yanvar ayının 5-dən etibarən yeni prezident təyin edilənə qədər bu vəzifəni icra edəcək.
2000-2001-ci illərdə ABŞ-ın Case Western Reserve Universitetinin Korporativ İdarəetmə üzrə doktorluq dərəcəsini alan V.Mürsəliyev Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvü və Beynəlxalq Ekoenergetika Akademiyasının doktorudur. O, həmçinin, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur.
Baxış sayı: 1458
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır