Tarix:25/12/14
Azərbaycan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, komitənin nümayəndələri - Xidmət statistikası şöbəsi müdirinin müavini Fərhad Qubatov və Nəqliyyat, informasiya və rabitə statistikası sektorunun müdiri İsmayıl Süleymanov təlim kursunda iştirak ediblər.
Regional kurs Azərbaycandan, Belarusdan, Moldovadan, Gürcüstandan, Qazaxıstandan, Qırğızıstandan, Rusiyadan, Tacikistandan və Ermənistandan olan nümayəndələrin iştirakı ilə keçirilib.
İnformasiya iqtisadiyyatının statistik məlumatlarının istehsalına dair təlim kursu müəssisələrdə İKT-dən və İKT sektoruna aid olan beynəlxalq səviyyədə müqayisə oluna bilən statistik məlumatların rəsmi istehsalçılarının potensialının yüksəldilməsinə yönəldilib.
UNCTAD-ın metodologiyası əsasında təşkil olunmuş təlim kursu əsasən İKT göstəriciləri haqqında anlayışa, İKT sahəsində məlumatların toplanması strategiyasının hazırlanmasına, müəssisələrdə İKT müşahidəsinin layihələndirilməsinə, İKT müşahidəsi məlumatlarının işlənməsinə, İKT məlumatlarının yayılmasına dair bölmələri əhatə edib.
CAHANGİR
Almatıda informasiya iqtisadiyyatına dair keçirilmiş təlim kursunda Azərbaycandan olan nümayəndələr də iştirak edib
Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD), Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) Şimali və Mərkəzi Asiya regional bölməsinin (NCA) təşkilatçılığı ilə Qazaxıstanın Almatı şəhərində “İnformasiya iqtisadiyyatının statistikasının istehsalı” mövzusunda təlim kursu keçirilib.Azərbaycan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, komitənin nümayəndələri - Xidmət statistikası şöbəsi müdirinin müavini Fərhad Qubatov və Nəqliyyat, informasiya və rabitə statistikası sektorunun müdiri İsmayıl Süleymanov təlim kursunda iştirak ediblər.
Regional kurs Azərbaycandan, Belarusdan, Moldovadan, Gürcüstandan, Qazaxıstandan, Qırğızıstandan, Rusiyadan, Tacikistandan və Ermənistandan olan nümayəndələrin iştirakı ilə keçirilib.
İnformasiya iqtisadiyyatının statistik məlumatlarının istehsalına dair təlim kursu müəssisələrdə İKT-dən və İKT sektoruna aid olan beynəlxalq səviyyədə müqayisə oluna bilən statistik məlumatların rəsmi istehsalçılarının potensialının yüksəldilməsinə yönəldilib.
UNCTAD-ın metodologiyası əsasında təşkil olunmuş təlim kursu əsasən İKT göstəriciləri haqqında anlayışa, İKT sahəsində məlumatların toplanması strategiyasının hazırlanmasına, müəssisələrdə İKT müşahidəsinin layihələndirilməsinə, İKT müşahidəsi məlumatlarının işlənməsinə, İKT məlumatlarının yayılmasına dair bölmələri əhatə edib.
CAHANGİR
Baxış sayı: 684
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır