12px13px15px17px
Tarix:25/12/14

Dünyanın üç ən kibertəhlükəli şəhərinin adı açıqlanıb

“Kasperski laboratoriyası” şirkətinin məlumatına görə, dünyanın üç ən kibertəhlükəli şəhəri sırasına Münhen (Almaniya), Tallin (Estoniya) və Brüssel (Belçika) daxildir. Bu şəhərlərdə internetdə zərərli proqramlarla və ya başqa təhdidlərlə rastlaşan istifadəçilərin sayı müvafiq olaraq 30, 28 və 27 faiz təşkil edib.
 
Qeyd olun şəhərlərin sakinləri təxminən bir o qədər müxtəlif şəbəkədən xaric informasiya daşıyıcıları vasitəsilə yayılan lokal təhlükələrdən zərər çəkib. Belə ki, cinayətkarlar Tallin və Brüssel istifadəçilərinin 30 faizini, Münhenin 27 faizini bu növ kibercinayətlə təhdid ediblər. Bu halda Brüsselin nümayiş etdirdiyi göstəricilər maraq doğurur: şəbəkə təhdidlərinin bir istifadəçiyə olan nisbətində Belçika paytaxtı üçlüyə daxil olan şəhərlər arasında ən sakiti (bir nəfər üçün 8 kibertəhdid) olsa da, lokal təhdidlərin bir istifadəçi üçün sayına (28) görə reytinqdə yaxın izləyicilərini xeyli geridə qoyub.
 
Bununla yanaşı, qeyd olunur ki, Barselona sakinləri zərərli proqramlardan yoluxma riskinə hamıdan az məruz qalır. “Kasperski laboratoriyası” ekspertləri Kataloniya paytaxtında şəbəkə təhdidləri (10 faiz) və lokal zərərli proqramlarla (16 faiz) hamıdan az rastlaşan istifadəçi payını qeydə alıblar, - "IT Expert” yazır.



Baxış sayı: 951

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024